4 Eylül 2015 Cuma

Édama mehkum édilen iranlı türk gencin şialığı sorqulayan kitabı


Hüsaməddin Fərzizadə
Çevirən: Güntay Gəncalp

İslamdan İslama qədər

Bismillahirrəhmanirrəhim
İran genəlində bütün oxucuların anlaya bilmələri üçün bu yazını farsca yazıram. Ana dilimdə (türkcədə) yazmadığım üçün Allahın efvine sığınır və dostlarımın məni bağışlamalarını diləyirəm.
Anladığımızı və tanıdığımızı sandığımız İslam toplumu çox böyük bir toplumdur. Tanıdığımızda da təəssüflənirik. Çünkü bu böyük topluluq birlik anlayışı içində doğru yolu seçə bilməməkdədir. Çünkü şiələr görünürdə “sünni qardaşlar” ifadəsini qullansalar da, əslində ömərilərin və nasibilərin kafir olduqlarına inanırlar. Sünnət əhli də şiəliyi yəhudiliyin ürünü olaraq görərək kəndilərindən uzaqlaşdırırlar. İslamın doğuş çağına ən yaxın firqə olan Əbazi kimi xəvaric firqələrinin də daha fərqli görüşləri var. Hər üç axım İslami birliyin parçalanmasında yəhudiləri suçlu görürlər. Çünkü yəhudilər gərəkdiyində sünni və ya şiə ola bilirdilər. Şiələşən yəhud Əli haqqında aşırı mədhlər yazarkən, ilk üç xəlifə haqqında sevimsiz bilgilər oluşdurmuşlar. Sünniləşən yəhudilər də Əbubəkir və Ömər haqqında mədh bilgiləri oluşdurmuşlar. Ümmət arasında nifaq yaradaraq dəyişik qrupları qarşı-qarşıya qoymaq amacı ilə möminlərin anası Aişə adına hədislər rəvayət etmişlər. İbni-Səba kimi yəhudilər Əli haqqında İslam dışı aşırı bilgilər oluşdurmaq üçün fars tarixi sosial psikolojisini uyqun ortam olaraq görmüşlər. Çünkü yəhudi aydınları farsların ərəblərə qarşı aşırı nifrət və kinləri haqda bilgi sahibi idilər. Həm İslam öncəsi, həm də İslam sonrası farsların ərəbləri aşağı bir ulus olaraq gördükləri haqda yəhudilərin tarixi bilgiləri var idi. İslam öncəsindən başlayaraq davam edən farsların ərəb düşmənliyi günümüzdə də davam etməkdədir. Farsların bu aşırı ərəb qarşıtlığı duyqularından yararlanan İbni-Səba və Kə´b-ul Əxbar kimi yəhudi alimlər İslam Dünyasında parçalanma yaratmaq amacı ilə ilk üç xəlifə haqda, özəlliklə farsların Sasani imperatorluğunu devirən Ömər haqqında aşağılayıcı məlumat, təhqir edici bilgilər yaymağa başladılar. Çünkü yəhudi bilgələr farsların, özəlliklə onların Sasani imperatorluğunu devirən Öməri sevmədiklərini yaxşı bilirdilər. Yəhudilərin bu haqda başqa tarixi təcrübələri də var idi. Farsların sadəcə Öməri deyil, daha öncə Əhəməniləri devirən Makidoniyalı İskəndəri də Ömər kimi sevmədiklərini yəhudilər bilirdilər. Diqqət edərsək, İranda ən çox Öməri aşağılar, sövərlər. Sasanilərin devrilməsində Əlinin az rolu olduğundan Əbutaliboğluna qarşı Ömər kimi kin bəsləməzlər. Əlini daha öncəki xəlifələrin harda isə düşməni kimi göstərərk ərəb və digər xəlifələrə qarşı düşmənliyin tarixi zəminini oluşdururlar.
Zərdüştilər Əli haqqında aşırı gözəl sözlər söylərkən, ilk üç xəlifə və Aişə haqqında həqarət dolu bilgilər mətnləşdirdilər. Ayrıca, farslar əski çağlardan bəri qutsal dölə inandıqları üçün Əlinin evladları haqqında da İslam öyrətiləri ilə uyqun gəlməyən bilgilər oluşdurdular. Heç bir tarixi əsası olmayan bir yalan uydurdular. Guya Əlinin oğlu Hüseyn Sasani padşahının qızı Şəhrbanu ilə evlənmiş! Yalan bilgilərlə Hüseynin qadınını fars kimi sunaraq Hüseyn soyundan törəyəcək olan imamlara Sasani-pers soy və kimliyi qazandırmaq istədilər və başardılar. Bir halda ki, Sasani şahı Yəzdgərdin Şəhrbanu adlı qızının olduğu heç bir tarixi bəlgədə mövcud deyildir. Ərəblərin saldırısından sonra Yəzdgərdin ailəsinin Çin dövlətinə sığındığı haqda tarixi rəvayətlər vardır. Təbatəbai kimi, bə´zi şiə alimləri bilə, Hüseynin Sasani qızı ilə evlənmə rəvayətini yalanlamışlar. Bu alimlərə görə Hüseynin oğlu Zeynəlabidnin anası Sasani qızı deyil, yəmənli bir cariyə olmuşdur. Ayrıca, Sasani sarayında irq təmiz qalsın deyə, başqa soylarla, özəlliklə aşağıladıqları ərəb soyuyla evliliyə izin yox idi. Ən önəmli yalanlardan biri də Tehranda Şəhrbanu üçün uydurulan bir məzardır. Tarixi verilərə görə bu məzar əski pers inancının tapınağı olan Anahita adlı ilaha aiddir.
Yenə də Kə´b-ul Əxbar kimi yəhudi alimlər ilk üç xəlifələrin mədhi və Əlinin tənqidi üzərinə də bilgi ürətmişlər. Bu yəhudi dəstələr İslam düşmənliyi ilə tanınırdılar. Yəhudilər indiki zamanda olduğu kimi, o zaman da əqli və şəriət bilimlərində öncül idilər. İlkəl toplumlarda və tarix boyunca yəhudilərin çoxu öyrətmən və bilgə olmuşlar. Lakin başqa dinlərə inananlar yəhudilər qədər fəal olmamışlar. Yəhudilər seçkin bir xalq olmuşlar. İslamın başlanqıc tarixini diqqətlə oxursaq, yəhudilərin nə qədər etkili olduqlarına tanıq olarıq. Kə´b-ul Əxbar Ömərin öldürüləcəyini daha öncədən ön görmüşdü. Ömərin qatili Firuz Əbulolo´nun təhdidindən sonra Əxbar Ömərə üç gün sonra öldürüləcəyini öncədən xəbər vermişdi. Bu öngürüsünü də Tövrat´a dayanaraq açıqlayırdı.[1] Onun və digər yəhudilərin zərdüştilərlə bir yerdə İslama qarşı müxalif olduğu tarix üçün bəllidir. Yəhudilər islamı içindən parçalamaq üçün dəstələr, qruplar təşkil edirdilər. İlginc olan budur ki, Kə´b-ul Əxbarın kəndisi Ömərin öldürülmə fikrini oluşduran şəxslərdən biri olmuşdur. O, Ömərin öldürüləcəyi fikrini Tövratda oxuduğunu iddia edərək, bir yandan Ömərin qətli fikrini yayqınlaşdırır, digər yandan da Öməri mədh edirdi. Əbubəkir və Öməri ululaşdıran yəhudilər Peyqəmbərdən onlar haqqında hədislər də nəql edirdilər. Guya Peyqəmbər Ömərin elminin hər kəsdən daha artıq olmasıyla ilgili sözlər söyləyibmiş! Bir halda ki, bu bədbəxt Ömər kəndisi neçə kərə elminin sınırlı olduğunu açıqca dilə gətirmişdi. Ömərə müxalif və müvafiq olan ravilər bu şəkildə bir bilgi rəvayət etməkdədir: Ömər çıxmış mənbərdə bir qadınla danışırdı. Sonunda “Ömərin elmi bir müsəlman ərəb qadınından da azdır. Ərəb qadınları ondan daha alimdirlər” demiş.
Yəhudilər digər tərəfdən şiələr adından Ömər haqqında hədislər uydurdular ki, guya Ömərin atası bəlli deyil və kəndisi də ibnə olmuş! Həm də Əli və oğulları haqqında aşırı hədislər uydurdular. Guya Cəbrail iblisin tuzağına düşərək peyqəmbərlik bilgilərini Əli yerinə, Muhəmmədə vermişdir! Bunun davamında Əli və evladlarını əhli-beyt adlandırdılar. Bir halda ki, hər kəsə məlum olduğu üzrə əhli-beyt anlayışı kişinin qadınlarını, oğullarını və qızlarını ehtiva edər. Ayrıca, kişi həyatda ikən əhli-beyt anlayışı bir anlam daşıyar və öldükdən sonra heç bir anlam ifadə etməz. Özəlliklə əhli-beyt anlayışı qadınları içinə alar, çünkü oğul və qız evlənib başqa ailə quraraq, başqa beytə mənsub olar, kəndiləri üçün əhli-beyt təşkil edərlər.
Şiənin kəndi hədisləri Əli və evladlarının “əhli-beyt”lik iddialarında bulunmadıqlarını açıqca göstərməkdədir. Şiə alimlərinin iddia etdiyi kimi, Əli və torunları heç bir zaman məsumiyətləri haqqında bir söz söyləməmiş və xilafətin onların haqqı olması ilə bağlı bəyanda bulunmamış, kəndilərini özəl seçkin insanlar olaraq nitələməmişlər. Şiə bilgələrinin rəvayətinə görə, şiənin beşinci imamı Baqirə “nədən şiə aşırıları Əlini Allah və ya peyqəmbər olaraq görərlər?” deyə sorulduğunda “hədisi nəql edən firqələri və hədis sahiblərini onlar tanımamışlar” deyə cavablamış. Şiənin iddia etdiyi kimi imamlar məsum olsaydı, elmlərin dəlicisi ləqəbi daşıyan Baqir buna etiraf etməzmi idi?
Yəhudilər müxtəlif hədislər uyduraraq gələcəkdə parçalanmanın əsasını qoymuşlar. Peyqəmbər adına uydurulan “mənim davamçılarım 12 imam olacaq” hədisi də yəhudi uydurmasıdır. Bu saxta və uydurma hədis sünnət əhlinin kitabında da yer almışdır. Lakin Səfəvilərdən sonra yazılan hədis kitablarında daha təfsilatı ilə bu saxta və yalan hədis üzərinə bilgi ürətmişlər. Səfəvi sonrasında 12 imamın adları da bəlli edilmiş. Bu saxta hədis “Cabir hədisi” olaraq tanınmaqdadır. Hədisin tarixindən də bəlli olduğu kimi rəvayətçiləri də saxtadır. İsna-əşəri şiəsinin haqlılığını isbatlamaq üçün bu saxta kimliklər sonradan uydurulmuşdur. Bu saxta hədis tarixdə isna-əşəri şiəsinin şəkillənməsinə yol açdı. Böylə ki, şiənin 11-ci imamı sayılan Həsən Əsgəri öldükdən sonra şiələr onun qardaşını imam görmək istədilər, lakin o, fasiq olduğu və ya böylə işləri anlamsız sandığı üçün şiələr başqa yol seçdilər. Həsən Əsgəri üçün yalançı bir oğul uydurdular. Heç dünyaya gəlməmiş və kimsənin görmədiyi bu oğlanı daha sonra qeybə göndərdilər. Onun son imam və ya xəlifə olması üzərinə ittifaqi-nəzər etdilər. Bu yolla rəvayət edilən saxta hədisin ön görüsü də gerçəkləşmiş olurdu. Ayrıca, bu saxta hədis Muhəmmədin dilindən deyil, Tövratdan nəql edilirdi. Tövratın “təkvin səfəri” bölümünə diqqət edilərsə, İsmayılın nəslindən 12 padşahın meydana çıxacağı ön görülməkdədir. Şübhəsiz ki, 12 imamla ilgili bu saxta hədisin qaynağı Muhəmməd deyil, Tövratdır. Diqqət edilərsə, Tövratda 14 deyil və ya 13 deyil, sırf 12 olması çox düşündürücüdür. Şiə görüşündə Muhəmməd və Fatimə məsum olaraq görülsələr də lakin imamlıq mərtəbəsindən aşağıdadırlar. Tövratın bu rəvayəti üzərinə qurulan şiə görüşü bir yandan da Əlini peyqəmbər və Muhəmmədi Əlinin haqqını qəsb edən şəxs kimi təqdim edər. Çünkü yəhudi və fars gələnəyinə görə şahlıq atadan oğula keçən bir sürəc idi. Bu rəvayətə görə, Muhəmmədin oğlu olmadığından şah olamazdı. Bu üzdən Muhəmməd səhnədən dışlanaraq yerinə Əli keçməli idi. Saxta hədis rəvayətçiləri nə etdiklərinin bilincindəydilər. Bu hədislərin tam çoxu müsəlman olmuş yəhudilər tərəfindən uydurulmuşdur.
Ömər hədis rəvayətini, özəlliklə Muhəmmədlə çox az irtibatda olan şəxslərin hədis rəvayət etməsini yasaqlamışdı. Əbuhüreyrə “Ömər zamanında hədis rəvayət etsəydim, cəzalanardım” deyə bəyanda bulunmuşdu. Əli də Ömər kimi davrandı və hədis rəvayətini yasaqladı. Şiə və sünni hədis kitablarına baxarsaq, hədislərin çoxunun yəhudilər tərəfindən rəvayət edildiyinə tanıq olarıq. Hədis uyduran bir yəhudi ölümə məhkum edilir və öldürülürkən “mən öz görəvimi başarıyla gerçəkləşdirərk, minlərcə saxta hədis uydurdum” demişdi. Bu saxta hədisləri uydurmaqdan amacları Quranı arxa plana edərək Quransız bir din oluşdurmaq idi. Çünkü Qurana deyil, hədislərə dayanan bir din tez parçalanar və böyük ixtilaflara meydan açar. Bu saxta hədislər üzündən Quran ayətləri də yanlış yorumlanmaqdadır. Çünkü Quranın açıqlanmasında bu saxta hədislər əsas alınmaqdadır. Məsələn şiə, əhli-beyt təthiri və xumsla ilgili ayətləri Quranın öz açıqlamasına görə deyil, saxta hədislərə görə yorumlamaqdadır. bə´zən hədislər o qədər artmış ki, onların bir qismini nə şiə, nə də sünni qəbul etmişdir. Lakin Əbuubeyd Cərah və Miqdad Əbuzər kimi səhabilərdən nəql edilən hədislər sayqı və ehtiramla qarşılaşmışdır. Örnəyin imam zamanla ilgili uydurulan “imamını tanımayaraq ölən kişi cahilcə ölmüşdür” hədisi saxtadır, əsası yoxdur. Abbasilər iqtidarlarını bərkişdirmələri üçün kəndiləri haqqında bir sürü hədis uydurdular. Guya peyqəmbərə görə, iqtidar onun öz soyu tərəfindən davam etməli imiş. Ya da Hüseyn soyundan imamətin davam etməsiylə bağlı yalan hədislər uydurdular. Yalnız xəvaric Qurana inanaraq və Quran əsasında davranmışdır. Çünkü xəvaric Quranın da israrla qeyd etdiyi kimi xilafəti və yönətimi bir soya deyil, ədalətlə davrana bilən hər kəsə şamil bilməkdədir. Bu şəxsin Qureyşli olmaması bir yana dursun, hətta ərəb olub olmaması da önəmli deyil. Çünkü Quran soya deyil, ədalətə işarə edər. Yalnız xəvaric İslam kitabının mətninə görə bir dünyagörüşü ortaya qoydu.
Hüseynin Kufə əhlinə yazdığı məktubu şiənin yalanlarını ortaya qoyar. Çünkü Hüseyn kufəlilərə yazdığı məktubunda Peyqəmbərin nəvəsi olduğuna işarə etməmişdi. Yəzidə qarşı çıxmasını Peyqəmbər torunu olmasına bağlamamaqdadır. Yalnızca ədalətdən yana olduğunu yazır. Hüseyn Quran əksənli davranırdı və Qurana görə də Peyqəmbər soyundan olmanın heç bir önəmi yoxdur, önəmli olan fərdin təqvasıdır. Yəzidə qarşı çıxmasını Peyqəmbər torunu olmasına bağlamamaqdadır. Sadəcə ədalətdən yana olduğunu yazır. Hüseynin öldürülüşündən sonra ortaya çıxan bütün rəvayətlər yalan və saxtadır. Hüseynin Peyqəmbər torunu olduğundan kəndisini xilafətə layiq görməsi sonradan uydurulmuşdur və bunun Hüseynin dünyagörüşü ilə heç bir bağlantısı yoxdur. Bunları Hüseynin düşmənləri uydurmuşlar. Hüseynin düşmənləri Hüseyni Cəməl savaşında Təlhə və Zübeyrə bənzətmək amacıyla bu yalanları uydurmuşlar. Bir qism də yenə Hüseynin digər düşmənləri sayılan seyyidlər və şiələr tərəfindən uyduruldu. Seyyidlər də kəndi iqtidarlarına tarixi haqlılıq qazandırmaq üçün bu yalan rəvayətləri uydurdular. Seyyidlərin amacı siyasi iqtidarı kəndiləri üçün dədədən qalma miras kimi görmək idi. Hüseyn isə kufəlilərə yazdığı məktubunda Yəzidə qarşı çıxmasını bu şəkildə bəyan etmişdi: “Ey kufəlilər, Peyqəmbər buyurmuşdur ki, kim haramı halal olaraq göstərən bir zalım hakimi görüb səssiz qalarsa, Allahın vacibatını yerinə gətirməmişdir. Bilmiş olun ki, səssiz qalanlar Allahı buraxıb şeytana uymuşlardır.”[2] Hüseyn eyni məktubunda iqtidarı soya bağlayan şiənin və digər soycuların fikirlərinin batil olduğunu açıqca bəyan edər. Eyni məktubda Hüseyn davam edər: “Ədalətli və kitaba görə davranan, haqqı uyqulayan hər kəs imamdır.”[3] Çünkü Quran “ulul əmri minkum” deyə bəyan edər. Yəni İş bilənlər mənim tərəfimdən bəlirlənməz, sizin içinizdən çıxar. Digər bir yerdə Quran yalnız təqva sahiblərini üstün olaraq nitələr, soy mənsubiyətini deyil.
Soy olaraq Peyqəmbərə dayanmanın Qurana görə heç bir önəmi yoxdur, ancaq əxlaq və davranış olaraq Peyqəmbər kimi olanlar Quran tərəfindən övülməkdədir. Quranda keçən “zilqurba”, yəni “peyqəmbər yaxınlarına sayqı” da bu anlamdadır. Yəni Qurana görə, Peyqəmbərə yaxınlıq soy birliyi məsələsi deyil, ədalət, əxlaq yaxınlığı məsələsidir. İstər Muhəmmədin, Çingiz Xanın və ya Yaqubun soyuna dayansın İslama görə soy məsələsinin heç bir önəmi və dəyəri yoxdur.  Qədiri-xum macərası da Həsən və Hüseyn soyundan gələn Bənihaşim qəbiləsinin düzməcəsindən başqa bir şey deyildir. “Şeyxi olmayanın şeyxi şeytandır” hədisi də müxtəlif firqələrin meydana çıxması üçün çıxarcılar tərəfindən uydurulmuşdur. Bu hədis bütün məzhəblər və firqələr arasında düşmənlik yaratdı. Hər şeyxin görüşü dini qaynaq olaraq qəbul edilərək, digərini təkfir etdi. Həm şiə, həm də sünnilikdə çoxlu firqələrin ortaya çıxmasına yol açan bu saxta hədis onları bir-birinə qarşı qoydu. Bu bəlaların hamısı saxta hədislərdən qaynaqlanmaqdadır.
Tarixə baxdığımızda Ömərə qədər İslam tarixində bir sorun və qarşıdurmanın olmadığına tanıq olarıq. Çünkü Ömər dönəminə qədər hədis nəql etmək yasaq idi. Lakin Ömər dönəmindən sonra hədis toplama qonusunda əskidən olan ciddiyət zəiflədikdən sonra saxta hədislər üzərinə ixtilaflar da böyüməyə başlayaraq İslami bütünlük parçalanma sürəcinə girdi. Saxta hədislər müsəlmanları bir-birlərinə qarşı qoydu. Bu saxta hədislər ortaya çıxmadan öncə müsəlmanlar Qurana dayanaraq bir-birlərinin yanındaydılar. Saxta hədislər səhabiləri bilə qarşı-qarşıya gətirdi. Bu saxta hədislər dörd xəlifəni və səhabilərdən kimilərini kafir olaraq nitələyirdi. Saxta hədislərə dayanaraq Əbubəkir və Öməri qəsbkar, Osman və Əlini qüsurlu olaraq görmüşlər. Saxta hədislərə dayanaraq bir firqəyə qatılanlar yenə də başqa bir saxta hədislə eyni firqəni İslam düşməni olaraq dəyərləndirirdilər. Saxta hədislərlə firqələrin təşkil edildiyi zaman azadlıq hələ mövcud idi. Can qorxusu olmadan hər kəs firqəsini dəyişdirə bilirdi. Bu saxta hədislər Öməri Fatimənin qatili edəcək düzeydə irəlilədi. Əlini də ömrünün sonuna qədər Öməri lənətləyən şəxs kimi təsvir etdi. Lakin ortada bu soru yanıtsız olaraq qalır ki, nədən Əli öz qızını qadınının qatili olan Ömərlə evləndirdi? Ya da nədən Əli öz sevimli oğullarını Əbubəkir və Ömər adları ilə şərəfləndirdi? Allahın aslanı ləqəbini alan Əli Ömərdən qorxurdumu? Deyəlim ki, Əli Ömərdən qorxaraq qızının onunla evlənməsinə izin vermiş. O zaman nədən Ömərin vəfatından sonra dünyaya gələn oğullarına Ömər və Əbubəkir adları taxmış? Şiələr çarəsizlik üzündən Ömərin Əlinin qızı Gülsümlə evlənməsinə “Gülsüm qəsb edilən əhli-beyt haqlarından idi” kimi komik ifadə ilə bəraət qazandıracaqdılar. Bu ifadələri ilə də Əlini bir qorxaq olaraq tanıtdılar. Qorxusundan qızını xanımının qatili ilə evləndirən Əli! “Bütün dünya üzərimə qılıcla yürüsə zalimdən yana olmaram” söyləyən Əlini şiənin bu biçim qorxaq göstərməsi nə qədər doğru ola bilər? Osmanın üzərinə neçə kərə bağıran Əli oğulunun adını qorxusundan Osman qoymazdı. Əbubəkir və Ömər də onun görüşünü alaraq Əlinin məsələhətlərini digər səhabilərin fikirlərinə yeyləmişlərdi.
Bu hədisləri nəql etməkdən amac səhabilərin bir-birlərinə qarşı sayqılı olduqlarını göstərməkdir. Səhabilər də düşünən insan idilər. Düşündükləri üçün fikir müxtəlifliyindən daha normal bir şey olamaz. Lakin bu fikir ayrılığı seçkin səhabilərin bir-birlərinə qarşı sərt çıxışları anlamında deyildi. Daha sonra müsəlman olanlar səhabilər arasındakı səliqə və görüş ayrılığını düşmənlik düzeyinə yüksəltdilər. Onlar Əbubəkir və Ömər zamanında Mədinədə saxta hədis uyduramayacaqlarını anlamışdılar. Ancaq Osman zamanında ortaya çıxan qətiətsizlik ortamından yararlanaraq Mədinə və Məkkə kimi mərkəzi şəhərlərdən uzaqlaşdılar. İslam ölkələrinin Şərq və Qərb tərəflərinə yayılaraq saxta hədislər düzəldib yayqınlaşdırmaya başladılar. Bilindiyi üzrə Osman zamanında ortaya çıxan fitnələr mərkəzdə deyil, Şərq və Qərbdə meydana gəlmişdi. Din, səhabilərin qalabalıq olaraq yaşadığı mərkəzlərdən uzaqlaşdıqca fərqli içərik qazanaraq hər bölgənin kültür və törələrindən etkilənirdi. Böylə ki, Mədinə müsəlmanları ilə Sasani ölkələrinin müsəlmanları bir-birlərindən fərqlənirdilər. Sasani ölkələrində məcusi və yəhudi baxışlar İslam ilkələrini təhrif edirdilər. Qərbdə də xristianlıq, yəhudilik və nəsturilik inancları İslamı kəndilərinə bənzədirdilər. Bu yeni müsəlman olanlar bir yandan ərəb dilini bilmir, digər yandan da Quranın tərcümə edilməsi gələnəyi hələ başlamadığından hədis nəql edənlərin şifahi olaraq söylədikləri İslam olaraq qəbul edilirdi. Özəlliklə bu hədisbazlar firqə yaratmaq üçün hədis nəql edirdilər. Bu üzdən hədis kitablarında bə´zən hədislərin çoxu tam ziddiyətlidirlər. Böylə ki, bu saxta hədislərə dayanaraq iki bir-birini inkar edən görüşə varmaq mümkündür. Hansısa bir səhabinin kafir və mömin olmasına bu saxta hədislərlə inanmaq mümkündür.
Bu yalançı hədis müsəlmanları ərəb dilini öyrəndikdən sonra Əlinin imaməti ilə ilgili Quranda heç bir ayətin olmadığını gördüklərində Quranın təhrif edildiyini və Əliyə aid ayətlərin oradan çıxarıldığını iddia etdilər. Onlara görə Quran 17, 000 ayətdən ibarət idi. Ayətlərin sayını artırmaqla Əli və oğullarına aid olan ayətlərin Qurandan çıxarıldığını, Quranın bu şəkildə təhrif edildiyini iddia etmək qolay olacaqdı. O zaman “nədən Allah bu mövzunu açıq bir şəkildə bəyan etməmiş? Yüz minlərcə səhabi, Quran katibləri və hafizləri yalançı çıxarkən, hədisbazların haqlı olması necə mümkün ola bilər?” deyə sormaq gərəkir. Böylə anlaşılır ki, heç bir səhabi Əlini sevməmiş və onunla ilgili ayətlərin Qurandan çıxarılmasına göz yummuşdur! Bəlkə Allah da Əli kimi qorxusundan Quranda Əli ilə ilgili ayətləri açıqca yerləşdirməmişdir! Əlinin öz sözləri də xəlifənin Tanrı tərəfindən bəlirlənməsini deyil, xalq tərəfindən seçilməsi gərəkdiyini göstərməkdədir. Əli “Xəlifə olmaq istəmirdim. Sizin israrlarınız üzərinə xəlifə oldum. Sizin görüşünüzü almadan heç bir iş etməyəcəyəm. Sizin mallarınız mənə əmanətdir. Lakin sizin görüşünüz olmadan ondan bir dirhəm də almayacağam”[4] demişdi. Əlinin bu ifadəsi də xəlifənin Tanrı tərəfindən bəlirlənməsini deyil, xalq tərəfindən seçilməsi gərəkdiyini göstərməkdədir. Xalqın seçim iradəsinə qarşı hər tür xəlifə bəlirlənməsi haramdır.
Şiənin tarixində maraqlı olaylar ortaya çıxmışdır. Şiə öncə bu hədisi uydurub sonra rədd etdi. Rədd etməsinin səbəbi var idi. Çünkü Tövrat və İncil kimi Quranın təhrif edilmədiyi görüşü var idi. Şiə çıxmaza girmişdi. Əli ilə bağlı hədisləri qəbul edib və Quranda Əliyə aid ayətlərin təhrif edildiyini qəbul etsəydi, o zaman Quran da bütünüylə Tövrat və İncil kimi təhrif edilmiş vəhylər cərgəsinə girəcəkdi. Lakin Səfəvi dövrünün ən böyük  hədis naqili Məclisi və şiənin dörd kitabının birinin müəllifi olan Şeyx Kuleyni bu hədisləri səhih olaraq qəbul edər və Quranda Əliyə aid açıq və möhkəm ayətlərin təhrif edildiyini savunarlar. Kuleyni bu hədisi Muhəmməd ibni Yəhya Ələttar adı ilə məruf olan Muhəmməd Yəhyadan, o da Nəcaşi Əhməd ibni Muhəmməd İsadan, o da Əli ibni Hekəmdən, o da Hişam ibni Salim, o da Cəfər sadiqdən duyduğunu söylər.
Doğru İslami yolda olduğunu savunan şiilik dini Peyqəmbərin ən yaxın əhli-beytindən öyrəndiyini iddia edər. Əhli-beyt də şiəliyə görə Əli, Peyqəmbərin qızı Fatimə və onlardan törəmələrdir. Peyqəmbərin qadınları əhli-beyt hesab edilmir! Mövzunu çox uzatmaq istəmirəm. İlk hədis ravilərinin yəhudilər və məcusilər olduğu bir gerçəklikdir. İstər şiə, istərsə sünni cəbhəsində olsun hədis raviləri yəhudi və iranlı və iranlı yəhudilər olmuşlar. Bu üzdən farslar İskəndəri nəcis gördükləri kimi, Öməri də nəcis olaraq görərlər. Çünkü hər ikisi də onların dövlətlərini devirmişdi. Şiənin Ömər haqqında rəvayət etdiyi hədislərə baxıldığında insan ilk öncə Peyqəmbərin şəxsiyətinə şübhə ilə yanaşmaq istəyir. Gerçəkdən şiənin dediyi kimi Ömər bu qədər alçaq və nəcismişsə, nədən İslam Peyqəmbəri böylə bir nəcisin qızı ilə evləndi? Nədən Peyqəmbər böylə bir nəcisi ən yaxın və güvəndiyi arxadşlarının içinə aldı?
Diqqət edilərsə, bütün şiə-sünni hədislərinin kökəni Qurana deyil, Tövrata dayanmaqdadır. Tövratdakı 12 şah şiəlikdə 12 imam olaraq keçər. İmamlıq anlayışının kökəni bir yandan da İslam öncəsi Sasani kültürünə dayanmaqdadır. Peyqəmbər soyunun qutsallığı ilə Sasani döllərinin qutsallığı özdeşləşdirilir (eyniləşdirilir). Həm Sasani şahlarının dölləri, həm Əlinin dölləri məsum və lədun* elminə sahibdirlər. Zərdüştlükdə seçkin siniflər qutsal qandan və qutsal döllərdən törəmişlər. Bu biçim törəmə şəkli şiəlikdə öz yansımasını bulmuşdur. İran zərdüştiləri kəndi şahları haqqında aşırı qutsamalara vararlar. Bu aşırılıq 12 imam anlayışına yüklənmişdir. Sasani şahları xəta etmədikləri, yanlış davranmadıqları kimi, 12 imam da xəta etməz, yanlış yapmazmışlar! Zərdüştilikdə yayqın olan bu görüş şiə ideolojisinin doğuşunda çox etkili oldu. Sırf zərdüştilikdən qaynaqlanan səbəblərdən dolayı şiələr də seyyidlərin üstün irqdən olduqlarına inanarlar. Bu üzdən məcusi ölkələri şiələr üçün güvənilir ölkələr oldu, şiəlik bu ölkələrdə öz ideolojik yapılanma sürəcini tamamladı. İranın əhli-sünnəti bilə fasiq və əxlaqsız olan seyyidlərə sayqı ilə yanaşarlar. Bir halda ki, Mədinədə öylə bir durum söz qonusu olmamış və Haşimi soyu ilə digər soylar arasında heç bir fərq olmamışdır. Ən mühafizəkar olan xəvarix firqəsində insanlar soyuna görə deyil, təqvasına görə səciyyələnir və ərəblə ərəb olmayan arasında fərq yox idi.  
Şiə və sünnilikdən öncə əbazi məzhəbi ortaya çıxmışdı. Bu üzdən əbazilik Quran və ağılla çəlişməz, ya da istisna durumlarda çəlişər. Ancaq şiə Quran və ağılla açıqca çəlişərək Quranın dışına çıxmışdır. Şiəlik qədər olmasa da, sünnilik də qismən Quranla çəlişməkdə, qarşı-qarşıya gəlməkdədir. Lakin heç birisi Əbaziyə qədər Qurana yaxın deyillər. Çox ilginc olan da şiənin dörd kitabını yazanların hamısının iranlı olmasıdır. Çoxu da qumludur. Şiənin iddialarının tərsinə olaraq İslamda ilk məzhəb əbaziyəlikdir, şiəlik 600 il ondan sonra hələ öz fiqhi kitablarını tamamlamamışdı. Iranlıların bə´zi səhabiləri lənətləmələri onların maddi-siyasi mənafelərinə xidmət edir və dini həqiqətlə heç bir bağlantısı yox idi. İslamda yeri olmayan “təqiyyə” də bir şiə uydurmasıdır. Hədəfləri şiə görünməkdən çəkinərək bir yerlərə gəlmək və gərəkdiyində də İslama zərbə vurmaq idi. Tövrat əksənli düşünən Təbərinin kitablarını oxuyan oxucu Əbubəkir, Ömər, Əli, Osman, Fatimə, Aişə və hətta Peyqəmbərdən şübhələnməyə başlayır. Çünkü bu kitab bir yerdə Peyqəmbərin bilgəliyini yazarkən, digər yerdə Peyqəmbərin öz süt bacısı ilə evlənmək istədiyini yazmış. Lakin başqaları süt bacı ilə evlənmənin doğru olmadığını anlatdıqdan sonra Muhəmməd bu evlilikdən vaz keçmiş! Ən ilginci də Təbərinin Quran təfsiri üzərinə yazdığı kitabı ilə tarix kitabının tam olaraq çəlişməsidir. Təbərinin yazdıqlarını doğru qəbul edən kimsə İslama heç bir sayqı göstərə bilməz.
Bütün hədis və tarix kitablarında bu kimi ziddiyətlər vardır. Nədən yazarlar bu ziddiyətləri yazıb sonra sanki heç bir şey olmamış kimi üzərindən rahatca keçmişlər. Bir yerdə bir qonunun doğruluğunu yazdıqları halda digər yerdə o qonuya uyqun olmayan mətləbin doğru olduğunu yazmışlar. Sanki daha öncəki mövzunu yazmamışlarcasına ikinci mövzuya keçmişlər. Ən önəmli soru budur: Peyqəmbər və arxadaşlarını bu qədər qüsurlu göstərdikləri halda nədən kəndiləri müsəlman olmuş və müsəlman qalmışlar? Bu kimi tarixçi və hədis rəvayətçiləri bütün firqələr arasında mövcud olmuşdur. Çox gözəl üslubla firqələr düzəldib qarşı-qarşıya qoydular. Ələvilər Abbasilərə, Misir İraqa və Ələzhər Nizamiyə mədrəsələrinə qarşı çıxdı. Muhəmməd və onun səhabiləri dirilsə bilə, bu firqələr arasındakı ixtilafları çözəməzlər. Əbubəkiri, Öməri və Osmanı qəsbkar görərək lənətləyən və Aişəni zina etməkdə suçulayan şiə Əbubəkiri siddiq, Öməri faruq, Osmanı zinnureyn və Aişəni möminlərin anası olaraq görən sünni ilə necə anlaşa bilər?
Bu sualı sormaq gərəkir: Şiənin anlatdığı kimi bu səhabilər bir-birlərinə qarşı bu qədər kin bəsləyirmişlərsə, o zaman nədən bir-birlərinin qızları ilə evlənmişlər? Ya da nədən bir-birlərinin oğullarını evladlıq olaraq görmüş və onlara bu gün lənətlənən səhabilərin adlarını vermişlər? İslamın ilk çağlarından uzaqlaşdıqca bu ixtilafların daha da dərinləşməsinə  və nifrət fışqıran hədislər sayısının artmasına tanıq oluruq. Necə ki, Büveyhlilər və Abbasilər kimi ələvilər daha sonra ortaya çıxan İsmaililər, Fatimilər və Səfəvilərlə qarşılaşdıqlarında daha ılımlı olmuşlar. İlk şiə qruplar xəlifələrə və sünnilərə qarşı ılımlı davranırkən, son şəkillənmə sürəcində şiəlik ilk üç xəlifəyə qarşı nifrət və kin qusmağa başlamışdır. Şiənin ilk dönəm tarixi incələnərsə, bu məsələ aydınlığa qovuşar. Yaqubi və digərləri Əbubəkir və Öməri sayqı ilə anımsamaqla bir yerdə Əlinin və evladlarının da imamlığını qəbul etmişlər!
Ayrıca, şiəliyin şəkillənmə sürəcində “imam” qavramına farscada fərqli anlam yükləmişlər. Örnəyin Əbuhənifə də imami-ə´zəm adlanır. Lakin buradakı imam qavramı şiədəki ilə eyni anlamda deyildir. Ərəb dilində imam öncül və öndər anlamında ikən, fars dilində “imam” Tanrı ilə dirək ilişkidə olan və “təkvin vilayətinə” sahib doğaüstü şəxs kimi tanınır. Təkvin sadəcə Allaha xas ikən şiədə imamlar da bu qüdrətdən bərxurdardırlar.
Şiə, dolayısıyla əsasda Peyqəmbəri suçlamaqdadır. Çünkü şiəyə görə İslama ən çox zərər verən Aişə olmuşdur. O zaman Muhəmməd də Aişə kimi bir fitnəci ilə evləndiyi üçün xətalı və suçlu olaraq görünür. Şiənin “peyqəmbər xəta edər, ancaq imam xəta etməz” kimi görüşü də bu suallara cavab verə bilmədiyi üçün meydana çıxmışdır. Şiənin bu qonuda heç bir tutarlı açıqlaması yoxdur. Örnəyin “Muhəmməd Əbubəkirin varsıllığı üzündən Aişə ilə evlənmişdir” kimi şiə açıqlaması daha da Muhəmmədin məqamına saldırıdır. Peyqəmbər burada da zənginlik düşkünü kimi göstərilir. Bir halda ki, Aişə Muhəmmədlə evlənmədən öncə Əbubəkir müsəlman olmuşdu. Başqa yerdə şiə Əbubəkirin varsıl kişi olduğunu, zənginliyi, malı və canı ilə İslama xidmət etdiyini də tamamən inkar edər! Muhəmməd Əbubəkirin parasına görə onun qızı ilə evlənmişsə, o zaman o, necə peyqəmbər imiş? Burada Muhəmməd imanını və dinini paraya və qadına satan şəxs kimi görünməzmi? Böylə peyqəmbərlik şərəfimi olur? Bu arada Əli üzərinə ideoloji sərmayə yatırmaya başlayırlar. Muhəmməd kimi zənginlik qarşısında biri ilə evlənmədiyi üçün Əli daha da ululaşdırılır! Şiənin görüşünə görə Əli Peyqəmbər kimi aşağılayıcı evliliklərdə bulunmamışdır. bə´zi şiə aşırıcılarının Əlinin məqamını Muhəmməddən daha üstün bilmələrinin də səbəbi budur. Əlinin qadınları içində Aişə kimi fitnə çıxaran biri olmamışdı. Əlinin dini və siyası hədəflərinə ulaşması üçün Muhəmməd kimi yanlış və çıxarcı evliliklər yapmadığı üzərində dururlar. Bu, şiə təriqətlərinin görüşüdür. İlk çağ şiələri daha az aşırıcı davransalar da, lakin bütün şiə öbəkləri xristian, yəhudi və məcusilərlə irtibatda olduqlarından dolayı Əli və oğulları haqda aşırıcı tutum sərgilədilər.
Cadu elminin qaynağını Midiya muğları və zərdüştilərinə bağlarlar. Şiəlik də bu tarixi kültür ortamında olqunlaşdığı üçün o özəlliklərin hamısını 12 imama yüklədilər. İran və Batı şiələri arasında fərq var idi. Şah İsmayıl hökümət qurub şiəliyi rəsmi dövlət ideolojisi etdiyində İranda şiə bilgə və alimi yox idi. Şiə alimlərini Lübnanın güneyindən İrana gətirdilər. Bu sırada bə´zi türk-şaman inancı da şiəliklə iç-içə girdi. Köçəri türklər İslamiyəti farslardan öyrənmişdilər. Bu üzdən öyrəndikləri içində yer alan zərdüşti və məcusi etkənlərini də İslam olaraq sanıb qəbul etmiş və öz şamançılıq xatirələrini də qismən bu İslam anlayışına yükləmişdilər. Məcusiliyin türkləri etkilədiyini bir çox yayqın adlarda da görmək mümkündür. Hələ də Mərkəzi Asiyada şiə türklərin adlarında tanrısallıq çağrışdıran xurşid, sərbülənd, kimi adları görmək mümkündür. 
Səfəvilərdən öncə şiələr sünnilərlə çox da tərs deyildilər. Farslar sayqı duyduqları şəxslər haqqında quluvv (aşırı mədh) etməyə alışmışlar. Kərbəla olayı ilə ilgili iranlıların yazdıqlarına baxılırsa, bu quluvva tanıq olmaq mümkündür. Kərbəla haqqında yazılan fantazi məktublarına baxılırsa, bu sual ortaya çıxır ki, 72 kişidən oluşan Hüseynin adamları bir günün içində necə olmuş da düşmən ordusundan o qədər insan öldürə bilmişlər? İranlılar ta əski çağlardan kəndi böyüklərini məsum və haqlı bilmişlər. Onlar heç bir yanlışlığa yol verməzmişlər! İranlılar kəndi böyüklərini məsum və xətasız olaraq görməyənləri bəri başdan rədd edər, cahil, alçaq, nəcis və abtal olaraq görərdilər. Onların böyüklərini məsum görməyənləri ələşdirməkdə də aşırılığa varardılar. İranlılar həm də qutsal dölə inanardılar. Sırf bu üzdən imamət məsələsi İslam tərəfindən deyil, iranlılar tərəfindən irsiləşdirilmişdir. Əski Sasani kültürü və inanc şəkli imamət adı ilə yenidən şəkillənmişdir. Yəni irsi imamlıq bir İslam olqusu deyil, tam əski Sasani kültürünün yenidən dirilişidir. Bu görüş isna-əşəri, zeydiyə, ismaili, fatimi, nəzari kimi bütün firqələrdə yerləşmişdir. Komik inancları var hamısının və hökümətin ancaq Fatimə soyundan gələnə aid olmasına inanarlar. Başqa birisi nə qədər təqvalı olsa da, Fatimə soyundan olmasa, onun ləyaqətinin anlamı yoxdur! Fatimə soyundan olmayan bütün hökümət qurucuları qəsbkarmışlar. Bu qonuyla ilgili Sasanilərin və yəhudilərin gələnəklərini incələyə bilərsiniz. Sasanilər kəndilərini qutsal dölə, yəhudilər də kəndilərini peyqəmbərlər soyuna bağlarlar.
Hindlilərin də dini görüşləri incələnirsə, çağımız şiəsinin İslamla bağlantısının olmadığı, Hind zərdüştliyinin bir altküməsi olduğu ortaya çıxar. Yəni şiəlik yəhudiliyin, budismin, Sasani gələnəyinin və zərdüştiliyin ortaq birəşimi kimi meydana çıxmışdır. Çünkü şiələr də Sasani gələnəyi kimi, Allaha qul olmaq yerinə, seçkin insanlara qul olarlar. Sasanilər zamanında qutsal döl sayılan şahlara qul olma gələnəyi şiəlikdə yenə də qutsal döl olan imamlara və seyyidlərə qul olma kultuna dönüşdü. Şiəlikdəki Allah yerinə, imam və seyyid adlı bəndəyə qul olma gələnəyi, şahlara qul olmaya alışan iranlılar tərəfindən uydurulmuşdur. Sırf bu üzdən də Allah İblisi uçmaqdan (cənnətdən) uzaqlaşdırdığı kimi şiələri də Ərəb yarımadasında iqtidara gəlməkdən ömürlük olaraq uzaqlaşdırmışdır. Nədən? Çünkü şiələr bir ay bilə olsa höküməti əldə tutsaydılar, Kə´bə yenə də bu dəfə sadat bütlərinin bütxanəsinə dönüşəcəkdi. Örnəyin Kə´bə, İbrahimi olmaq yerinə, Perspolisə bənzəyəcəkdi.
Bu arada xəvaric haqqında tarixsəl gerçəyi bilməmizdə yarar var. Heç bir xəvaric firqəsi höküməti soyla bağlantılaşdırmamışdır. Xəvaricə görə soyundan, irqindən və cinsindən asılı olmayaraq işi bilən, işin uzmanı olan təqvalı kişi hökümətin başında dura bilərdi. İlk kəz olaraq xəvaric firqələrindən bəziləri qadınlara da xilafət və imamət haqqı tanıdılar.
İmamları qutsamaq fars-türk gələnəyindən gəlməkdədir. Farslar səltənət məqamını bir oğuşa (ailəyə), ya da soya verilən Tanrı lütfü olaraq görürdülər. Bu üzdən irsə dayanan imamlıq qurumunu dərhal qəbul edib qutsadılar, çünkü bu, onların tarixsəl sosial psikolojilərinə uyqun idi, qəbullənməsi zorluqla qarşılanmırdı. Türklər də ərəb dilini bilmədikləri və farslarla qonşu olduqları üçün bu İslam anlayışını farslardan aldılar. Onlar da imamları qutsamaqda və məsum görməkdə farslar kimi aşırılığa yuvarlandılar. Hər kültürdə sərvərləşdirmə etmənləri söz qonusu olar. Ərəblər kəndiləri də Muhəmməddən sonra üstün soy olma xülyasına qapıldılar. Ərəb qövmləri arasında Qureyş, Qureyşin alt boyları arasında Bənihaşim boyu və Bənihaşim boyu arasında Muhəmmədə ən yaxın olanlar kəndiləri ilə övünmə psikolojisini gəlişdirdilər. Onlar da kəndi üstünlükləri ilə ilgili digərləri kimi saxta hədislər uydurdular. Bu saxta hədislərə görə xəlifə Qureyş;  Bəniüməyyə, Bənihaşim və bəniəli (Əli oğulları) boylarından olmalı idi! Nədən Əli törəmələri yəhudilər kimi kəndilərini ata tərəfindən deyil də, ana tərəfindən Muhəmmədə bağlamağa çalışdıqları da cavabsız qalan sorular arasındadır. Peyqəmbərin oğlu olmadığı üçün Muhəmmədin Tanrısına şükr etmək gərəkir. Bəniabbas da dədələrinin Muhəmməd və Peyqəmbər əhli-beytinə yaxın olmaları ilə ilgili saxta hədislər uydurdular. Saxta hədis törədə bilməyən ravilər Abbasilər dönəmində işkəncə edilərək həbsə atıldılar, ya da ev tutsağı yaşamı yaşamaya məcbur edildilər. Diqqətləri çəkən önəmli bir qonu var. Əməvi və Bənihaşim soyundan olan böyük alimlər və bilgə dindarlar bu kimi hədislərə inanmaz və rəvayət etməzdilər. Əməvilərdən Ömər ibni Abduləziz, Müaviyə ibni Yəzid və haşimilərdən Hüseyn və Səccad,... bu örnəklərdəndir. Bu qonuda ərəblər Xums ayətində zilqurba sözünün onları anlatdığını iddia edəcək düzeydə irəli getdilər. Bunun doğruluğunu isbatlamaq üçün hədislər də uydurdular. Böyləcə zəhmətsiz gəlir qaynağı əldə etdilər. Çünkü beşdə bir şiə xalqının malı seyyidlərə aidmiş! Müqəddəs Ərdəbili kimi bə´zi şiə bilgələri qeybət dövründə xumsun alınmasını haram saysa da, kimsə aldırış etmədi. Quranda keçən xums qavramı, hətta saxta seyiidlər üçün də əməksiz gəlir qaynağına dönüşdü. Tarix və Quran üzərinə bilgisi olan hər kəs Muhəmmədin Məkkəni fəth etdikdən sonra əhaliyə xitab etdiyi xutbə haqqında məlumatlı olmalıdır. Peyqəmbər bu xutbəsində İslamdan öncə yayqın olan soyla iftixar etmə duyqusunu Allahın əmri üzərinə ibtal etmişdir. Ayrıca, Quranın Hücərat surəsinin 13-cü ayəti açıqca soyçuluğu məhkum edərək bireyləri təqvalarına görə dəyərləndirər.
Əhzab surəsinin 40-ci ayətində bu qonu, özəlliklə vurqulanmışdır. Ayətdə deyilir: “Muhəmməd, sizin kişilərinizdən heç birinin atası olmamışdır və deyildir. Fəqət Allah’ın elçisi və peyqəmbərlərin sonuncusudur. Allah, hər şeyi ən yaxşı biləndir.” Ayətdə görüldüyü kimi açıqca Muhəmmədin Qureyşdən, Bənihaşimdən, Əli oğullarından kimsənin atası olmadığı anlaşılmaqdadır. Sadəcə Tanrının son elçisi olaraq göndərilmişdir. Ayrıca, tarix kitablarından da bilindiyi üzrə Muhəmməd son həccdən dönərkən “Ey ərəb, İslamda hər kəs eşitdir. Hər kəs eyni ölçüdə Adəm və Həvva evladlarıdır. Ərəbin əcəmə, əcəmin ərəbə heç bir üstünlüyü yoxdur. Hər kəsin üstünlüyü Tanrıya olan təqvasına görə ölçülür” demişdir. Bu rəvayətin davamında “Allahın yanında soy kimliyinizi deyil, yaxşı əməllərinizi mənə gətirin, ey insanlar fikrimi ulaşdıra bildimmi?” deyə sorduğunda bütün müsəlmanlar “əvət” deyə yüksək səslə bağırmışlar. Bu uzun rəvayətdə Muhəmməd irq və qan bağı ilə övünməyi anlamsız olaraq duyurmuşdu. Daha sonra “Maidə surəsinin üçüncü ayətini oxumuş: “Bu gün sizin dininizi kamil etdim və üzərinizdəki nemətimi tamamladım.” Ancaq şiənin iddiasına görə, bu ayət məşhur “mən kimin mövlasıysam, Əli də onun mövlasıdır” hədisindən sonra enmişdir! Lakin şiənin bu iddiası yanlışdır. Kəndisi şii olan Yaqubi bilə bu ayətin adıkeçən xutbədən sonra endiyini yazar. Bütün bunlar Peyqəmbərin soyla bağlı heç bir görüş açıqlamadığını göstərir. Şii və sünnilərin ortaq qəbul etdikləri “mən hər bir təqvalı insanın cəddiəym” hədisi də bunu açıqca isbatlamaqdadır. O zaman Bənihaşim və ya digər ərəb qəbilələri “zilqurba” anlayışını kəndiləri ilə necə bağlantılaşdıra bilmişlər? Öylə ki, Şafei də bu xətaya düşmüş və xumsun (mal varlığının beşdə biri) bir qisminin Əli soyundan gələnlərə verilməsindən yana görüş açıqlamışdır! Əbuhənifə “ziqurba (Peyqəmbər yaxınları) öldüklərindən dolayı xums ayətdə deyildiyi kimi, yolda qalmışlara, yoxsullara və bu kimi insanlara verilməlidir” demişdir. Digər alimlər də bu qonuda ya Şafei və şiə kimi davranmış, ya da Əbuhənifə kimi düşünmüşlər. Yalnız xəvaric “zilqurba” anlayışını Peyqəmbərə soyca deyil, əxlaqca yaxın olanlar kimi yorumlamışdır. Ərəbcəni bilən hər kəs zilqurba qavramının qan və soy yaxınlığını deyil, əxlaqsal yaxınlığı ifadə etdiyini anlar. Hətta şiənin iddiasının tərsinə imamlar da peyqəmbərlə olan soy və qan bağları üzərinə deyil, əxlaq bənzərlikləri üzərinə durmuşlar.
İslamın böylə gerçəkliyindən qaçmaq mümkün olmadığından soy ilişkisi üzərinə seyyidlər, qureyşlilər və digər boylar saxta hədislər uydurmaya başlamışlar. Peyqəmbərin zamanında Quran hafizi və qarisi olan bir çox səhabilər bu yalanları qəbul etmədilər. Yolun ilk başında yollarını ayrılaraq xəvaric adı ilə məşhur oldular. Bu xəvaric Əliyə qarşı çıxan xəvariclə qarışdırılmamalıdır. Buradakı xəvaricdən amac əbaziyədir. Həm Əli öncəsi və həm də Əli sonrası yollarını ərəblərdən ayırdılar. Xəvaricin görüşünə görə xumsun (mal varlığının beşdə birinin) soyca Peyqəmbərə yaxın olanlara aidiyəti olmamışdır, yoxdur. Onlar xilafətin də Qureyşin təkəlində olmadığını savunaraq, hətta qadınların da xəlifə ola biləcəklərini vurquladılar. İstər ərəb, fars, türk, ya da başqa irqdən olsun təqvalı və iş bilən hər kəs onlara görə xəlifə ola bilərdi. Ağlı başında olan hər kəs bunu açıqca bilməlidir ki, soy kimliyini önə çıxaran kişiyə Peyqəmbər deyil, hoqqabaz söylənər. Peyqəmbər haqqında bu saxta bilgiləri daha sonra bir ovuc saxtakarlar ortaya qoydular. Bu saxtakarlar genəldə yəhudi, ərəb irqçiləri və farslar olmuşlar. Onların söylədiyi yalanlar Quran mətni və ağılla çəlişməkdədir.
Quranda xilafət və ya imamətlə ilgili heç bir bilgi yoxdur. Peyqəmbərin vəfatından sonra Quranda bir əksiklik varmış kimi, bu qonuda saxta hədislər uyduraraq Qurandakı əksik bilgiləri gedərməyə çalışdılar! Örnəyin şiə bu şəkildə bir yalan uydurmuşdur: “İbni-Məsud deyirdi ki, biz “Maidə” surəsinin 67-ci ayətini Peyqəmbər zamanında “Ey Peyqəmbər, sənə nazil olanı duyur və Əlinin möminlərin mövlası olduğunu bildirmiş ol, yoxsa görəvin yarım qalar” şəklində təlavət edirdik.” Ayətin əsli isə bu şəkildədir: “Ey peyqəmbər, Rəbbindən sənə endiriləni duyur. Bunu etməzsən, o təqdirdə O’nun sənə göndərdiyini duyurmamış olarsan. Və Allah səni insanlardan qorur. Allah, kafirlər qövmünü hidayətə ərdirməz.” Ya da Şiənin uydurduğu “Qədiri-xum” əfsanəsi də bunun bir bənzəridir. Heç bir tarixçinin Qədir-xum olayına işarə etmədiyi və yalnız şiə hədislərində bu əfsanənin yer almasının səbəbi bəllidir. Qədiri-xum adı altında irqçiliyi İslama soxmağa çalışmışlar. Qədiri-xum əfsanəsini də genəldə yenicə müsəlman olmuş farslar uyudurmuşlar. Bu saxta hədisin rəvayətçilərinin çoxu ya iranli yəhudilər, ya da məcusi farslar olmuşlar. Gerçəkdən “Qədiri-xum” adında bir macəra olmuş və Peyqəmbər Əlini varisi seçmişsə, nədən xəlifə seçimindəki Səqifə olayında hətta bir tək səhabi də ona işarə etməmişdir? Əcəba Qədiri-xum olayında Peyqəmbərin yanında bulunan və sayıları 120 min cəvarında olan bütün səhabilərin hamısı, hətta Əbutaliboğlu Əlinin kəndisi də o olayı unudub yalancımı çıxdılar? Əli kəndisi də heç bir yerdə Qədiri-xum olayına işarə edərək xilafətin bu hədisə görə onun haqqı olduğunu bəyan etməmişdir. Lakin Peyqəmbərin vəfatından və İslamın geniş coğrafiyalara yayılmasından sonra milli İslam uydurma fəaliyətləri ortaya çıxmış və bu doğrultuda Sasani qalıqları farslar kəndi milli amaclarına xidmət edən Qədiri-xum adında saxta və heç bir tarixi dayanağı olmayan əfsanə uydurmuşlar. Qədiri-xum hədisinin saxta olmasına heç bir şübhə yoxdur. Çünkü şiəyə görə imamət dinin əsaslarından biridir. Dinin əsasları Quranda açıqca anlatılırkən, nədən imamət haqqında bir tək yerdə də işarə yoxdur? Allah imamət məsələsini açıqca bəyan etməkdənmi qorxmuş?!
İran şiələri İraq və Lübnan şiələri ilə müqayisədə daha çox aşırıcı olmuş, xəlifələrə, Peyqəmbərin eşlərinə və digər səhabilərə saldırmaqda sayqı sınırı tanımamışlar. Öylə ki, əzana da Əlinin vilayət məsələsini soxuşdurmuşlar. Hətta bir çox şiə aşırıcılarında Əlini övmənin yanı sıra digər üç xəlifəyə lənət göndərmək ibadət sayılmaqdadır. Ancaq işin ilginc olan tərəfi budur ki, şiənin bütün imamları, o cümlədən imam Hüseyn məktublarında raşidin xəlifələrə rəhmət oxumuşdur. Şeyx Səduq kimi bə´zi şiə alimləri Əlinin vilayəti üzərinə bəyanda bulunanları lənətləmişdir.[5] Çağımız şiələrinin e´tiqadı onların dörd hədis kitabları ilə də uyqun deyildir. Ayrıca, bu dörd şiə hədis kitabları da bir-birləri ilə çəlişməkdədir. Bir kitab digərinə qarşıdır. Şiələrin əqidələri Sasani muğanı (muğları) kültürünün yenidən İslam kültürü içində dirilişidir. Uydurulmuş mətnlərinə çox bağlı olan şiələr bütün elmi və bilgiləri inandıqları on dörd məsumun təkəlində görərlər. Bu üzdən bu çərçivə dışında düşünənləri təkfir edib və edirlər. Hədisin də me´yarı fürqan (doğrunu yanlışdan seçən) olaraq nitələnən Qurandır. Quran məntiqi ilə şiə hədislərini incələrsək, yalnız ikicə kitab toplamaq mümkündür. Çünkü bir çox şiə e´tiqadı Quran mətni ilə tərsdir. Qurana tərs olan şiə e`tiqadından bir qismini bu şəkildə sıralamaq mümkündür: Vüzu (dəstnamaz)dan başlamış, qəbirləri ibadət amacı ilə ziyarətə, imamların, seyyidlərin və onların məzarlarının kəramət sahibi olmalarına, olqunlaşmış hər bir şiənin mal varlığının beşdə birini (xums) seyyidlərə ödəməsinə, peyqəmbərin və imamların qeybi bilmələrinə və ləduni elmə sahib olmalarına, Əlini möminlərin valisi olaraq görmələrinə, Əlinin haqqının öncəki xəlifələr tərəfindən qəsb edilməsinə inanmalarına qədər hamısı Quran mətni ilə tərsdir. Özəlliklə seyyidlərə nəzr ödəmək katolik keşişlərinin cənnət satmalarına bənzəməkdədir.
Şeyx Bəhai kimi şiə öncüləri “Kəşkül” adlı kitabında əhli-beyt və imamlar möcüzələrinə və kəramətinə inanmadığı üçün İbni-Sinanı cəhənnəmlik olaraq nitələr. Bu, sadəcə İbni-Sina örnəyində görülməmişdir. Şiəliyin ölkədə yayqın oluşundan bəri hər tür düşüncə dərhal söndürülərək qaranlığa gömülmüşdür. Öylə ki, imamlara təvəkkül etmədən təbiblik etməyi əbtər və zəlalət adlandırmış, fəlsəfi təfəkkürü tamamən söndürmüşlər. Şiə alimlərinin çoxu sadəcə İbni-Sinanı deyil, Peyqəmbərin xanımı Aişəni təmiz olaraq görən bütün arifləri və sufiləri qəbahətli olaraq görmüşlər. Örnəyin şiə, Mövlana Cəlaləddin Rumini və əsərlərini nəcis olaraq nitələr, çünkü Mövlana Aişəni təmiz Peyqəmbər qadını olaraq görmüş və “Məsnəvi”sində şiə şirkini tənqid etmişdir.*
Şah İsmayıl kimi şiə şahlar və Səfəvi alimləri şii olmaq istəməyənləri nəcis olaraq görmüş və onların qanını axıtmağı vacib bilmişlər. Bunun yanı sıra şiələr kəndi alimlərini o qədər yüksəldirlər ki, onların görüşlərinə qarşı kiçik bir ələşdiri və dəyərləndirməni də üsyan olaraq nitələyərək dərhal boğarlar. Çünkü şiəyə görə onların alimlərinin görüşlərinə qarşı çıxmaq kafirlikdən başqa bir şey deyilıdir! Onlara görə imamlar və şiə alimləri kimsənin bilmədiyi bilgiləri və sirləri bilirmişlər! Bu görüş hələ də şiə bölgələrində ən aşırı şəkli ilə yayqınlığını və hökmranlığını sürdürməkdədir. Vəliyi-fəqihə qarşı hər tür dəyərləndirmə və ələşdiri qəbahət sayılır. Çünkü vəliyi-fəqih fəsl-ül xitab sayılmaqdadır, yəni haqq ilə batili bir-birindən ayıra biləcək nitəlikdədir. Bu da ancaq Tanrıya özgü bir durumdur. Səfəvilərdən sonra rəsmi görüş halına gələn şiilik hər tür elmi düşüncəni söndürdü. Bəşər tarixinə bir tək cahanşümul düşünən (İbni-Sina, Biruni, Farabi, ... kimi) alim sunulmadı. İslam elminin parlaq çağları sünniliyin İranda yayqın olduğu dönəmlərə təsadüf etməkdədir. Azad düşüncəli şii alimlər kəndiləri də daima qorxu içində yaşamışlar, çünkü şiilik kəndi bilgələrinə də rəhm etməmişdir. Xumeyninin ustadı ayətullah Qazini və ayətullah Mütəhhərini təkfir etdilər. Xumeyni kəndi görüşlərində ayətullah Qazi və İbni-Ərəbinin görüşlərindən yararlandığından dolayı kafir olaraq duyuruldu. Ya da Əli Şəriəti şiənin xurafi görüşlərini ələşdirdiyi üçün ayətullah Burucerdi tərəfindən mürtəd olaraq duyuruldu.  Nəvvab Səfəvi kəndi zamanındakı bir çox şiə alimini təkfir etdi. Günümüz İranında da Abdulkərim Suruş, ayətullah Bürqəi, Ağacəri kimi bir çox şiə alimləri təkfir edilmişlər. Bu baxış açısı düşüncə adamının yetişməsi gərəkən bütün tarixi və sosial ortamı viran etmişdir. Sadəcə şiə olmayan bölgələrdə şiə alimlər qorxuyla bir yerdə olsa da, kəndi fərqli görüşlərini bəyan edə bilmişlər. Onların can güvənlikləri sürəkli təhdid edilmişdir. Çünkü şiə hər tür ussal (rasional) görüşə qapısını qapamışdır. Örnəyin Molla Sədra kökü Quranda və imamlar söyləmində olmayan hər tür fəlsəfi bəyanı rədd etmişdir. Yalnız şii görüşləri yansıdan bilgiləri din fəlsəfəsi olaraq qəbul etmişdir. Böyləcə ilk düşüncə təkfiri şiə ilə başlamışdır. Əbazilikdə və sünni məzhəblərin bir qismində düşüncə təkfiri deyə bir durum söz qonusu olmamışdır. Örnəyin sünni məzhəblərinin hakim olduğu dönəmlərdə Zəkəriyya Razi kimi alimlərə toxunulmamışdır. Z. Razi tamamən mülhid olduğunu kəndisi bəyan etsə də elmi işləri ilə uğraşmasına və həyatına əngəl tanınmamışdır. Ömər Xəyyam, İbni-Sina və bir çox İslam alim və filosofları can güvənliyi sorunu ilə qarşı-qarşıya gəlmədən düşüncələrini bəyan edə bilmişlər. Yalnız şiilər müxalif görüşlərə sərtcə saldırmışlar. Örnəyin ismaili şiilər terorist idilər.
Təkfir təfəkkürünün kökəni iranlı yəhudilərin və zərdüştilərin kültürünə dayanmaqdadır. Çünkü onlar kəndilərindən olmayanı və kəndiləri kimi inanmayanları nəcis olaraq görürlərdi. Kəndi kitablarında olmayan başqa nə varsa, hamısını əbtər adlandırırlardı. Bu üzdən Sasanilər zamanında ermənilər, xristianlar və budistlər aşağılanır və əzilirlərdi. İsraildə yəhudilər İsanının öldürülməsini istədilər. Şii e´tiqadı yəhudi Təlmudun məktublarındakı görüşlərə bənzəməkdədir. Bu kimi görüşlər üzündən şii e´tiqadı ilə şiə kitabları arasında çəlişkilər dərinləşdi. Şöylə ki, bə´zi yerlərdə əhli-beyti beş kişi (Muhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn) olaraq bəlirlərkən, digər qaynaqlarda Səlman da əhli-beyt üyəsi kimi göstərildi. Bə´zi qaynaqlarda da Hüseyn oğlu Əlidən iranlıların və ərəb olmayanların tənqidində “Biz əhli-beyt Qureyşdənik, bizim şiilərimiz ərəb və düşmənlərimiz əcəmdir” kimi hədislər nəql edirlər.[6] Başqa bir yerdə 14 məsumla kəndi aralarında soy bağı qurmaq amacııyla onun, yəni şiənin 4-cü imamı Hüseynoğlu Əlinin eşini iranlı Şahduxt adında bir bayan olaraq göstərirlər. Bu arada 4-cü imamın anası və Hüseynin qadını yəmənli bir cariyə olmuşdur. Tehranda Hüseynin iranlı Şəhrbanu adında qadınının bir türbəsi olduğunu iddia edirlər. Oysa bu türbə əski Sasani ilahəsi Anahitanın tapınağı olmuşdur. Təbatəbai kimi bir çox şiə alimləri də Şəhrbanu əfsanəsinin yalan olduğunu yazmışlar. 
Farslar və bə´zi türklər öz batil görüşlərinə legitimlik qazandırmaq üçün Quran mətni ilə qarşı-qarşıya gələn saxta hədislərə ehtiyac duydular. İmamlardan imdad diləmək kimi şirk çağrışdıran görüşlər ortaya çıxdı. Bir haldakı Quranın “yalnız Allahdan imdad dilənir” kimi açıqca ayətləri vardır. İmamlardan başqa Əbulfəzldən və seyyidlərdən, seyidzadələrdən imdad diləmək də şiə inancında yayqınlaşdı. Ancaq Quranda və Peyqəmbər sünnətində böylə bir şey olmamışdır. Ühüd savaşında Peyqəmbərin əmisi və bir çox vəfalı dostları şəhid oldu. Onlar şəhid olduqdan sonra nə Peyqəmbər, nə də səhabilər zəncir vurub qəmə ilə başlarını yardılar.
Farsların Öməri nədən sevmədiklərinin səbəbini söylədik. Ömər onların yüzillər sürən imperatorluqlarını devirdi. Ömərin yerinə, bu imperatorluğu devirən Əli olsaydı, bu dəfə “Ömərə lənət yerinə, Əliyə lənət” deyəcəkdilər. Bu üzdən də fars milli İslam anlayışı Əlini Ömərin düşməni olaraq göstərməyə başladı. Öməri pisləyib lənətləmək daha çox fars şiəliyində yayqındır. Bə´zi zeydi, bəktaşi şiə qruplar Öməri sayqı ilə anımsarlar. “Öməri öldürmə” mərasimi də fars, hindli, bə´zi yəmənli zeydi şiələr və ismaililər arasında yayqındır. Digər ölkələrin şiələri bu ölçüdə şiddət və öfkə ilə Ömərə qarşı çıxmazlar. İlginc olan budur ki, Əli 228-ci xutbəsində Öməri sayqı ilə xatırlayır. Ancaq şiələr bu xutbəyə bəraət qazandıraraq Əlinin bu xoş sözləri Ömərə deyil, Səlmana görə dediyini savunarlar. Səhabilərin fərqli düşündükləri olmuşdur və bundan daha doğal bir şey ola da bilməz. Lakin onlar bu fərqli görüşlərinə görə bir-birinə düşmən olmur və ya Aişəni zina etməkdə suçlamırdılar. “Aişəni zina yapmaqda suçlayan aşırı şiə qanadları”[7] Muhəmmədi də bu suçun ortağı görərək açıqca dilə gətirməsələr də dolayısıyla Peyqəmbərə “dəyyus” ləqəbi taxmaqdadırlar. Dəyyus kimdir? Dəyyus qadınının zina etdiyini bilərək ona göz yuman və zinakar qadınını tərk etməyən kişidir. Şiənin hesabı ilə Muhəmməd qadınının zina etdiyini bilərək ondan vaz keçməmişdir. Lakin Quranda Aişənin təmiz olduğunu Allah açıqca bildirsə də, şiə kütləsi öz öfkəsindən vaz keçməmişdir.
Bu üzdən aşırı şiə qruplar Əlini Muhəmmədən üstün bilərlər. Bir yandan Muhəmmədi əyyaş və qadın düşkünü göstərirkən, digər yandan da Cəbrailin xətası üzündən Muhəmmədin peyqəmbər olduğunu savunarlar. Bu bağlamda “təthir” (əhli-beytin təmizliyi) ayətini də aşırı görüşlərinə dayanaraq yorumlarlar. Lakin ərəb dilini bir azcıq bilən hər kəs “təthir” ayətinin imamlarla ilgili olmadığını, Peyqəmbərin xanımlarına xitab etdiyini anlar. “Təthir” ayəti şərti bir ayətdir. Bu doğrultuda şiələr hədis bulamadıqları üçün əziyyət çəkirlər. Çünkü şiə, kafir olaraq qəbul etdiyi səhabilərin nəql etdikləri hədisləri də yaxın buraxmaq istəməz. Bu üzdən şiə alimlərinin fətvaları çox halda bir-birinə qarşıdır. Ancaq zeydilər, bə´zi ismaililər, sünnət əhlinin əksəriyyəti və xəvaric bu kimi çəlişkilərlə (ziddiyyətlərlə) qarşılaşmazlar. Tanrı kitabına ən yaxın fiqh əsərləri xəvaricə aiddir. Hətta zeydilər bu baxımdan isna-əşərilərdən daha irəlidədirlər. Zeydilərdə Cəfər Sadiqdən nəql edilən hədislərin çox da önəmi yoxdur, onlar daha çox Əlioğlu Zeyddən nəql edilən hədislərə önəm vermişlər. İsmaililərin də hədisləri az deyil, lakin bütün ismaili hədisləri yalan və xurafələrlə iç-içədir.
Cəfəri şiəsinin problemlərindən biri əzan məsələsidir. Məsələn şiə əzanında keçən “Əşhədü ənna Əliyyən vəliullah” cümləsini ünlü şiə alimi Şeyx Səduq bilə qəbul etməz. “Şeyx Səduq bu cümləni əzanda qullananları lənətlər.”[8] Cəfəri şiəsi daha çox təzad və anlaşılmazlıqla iç-içədir. İslama qarşı ən çox hədis cəfəri şiəsi tərəfindən uydurulmuşdur. Çünkü cəfəri şiəsi yəhudiliyin və zərdüştiliyin uzantısıdır. Cəfəri şiəsi daha çox ağıl düşməni olan firqələr içində yer almaqdadır. Sırf bu üzdən olsa gərək fəlsəfi düşüncələr cəfəri şiəsi tərəfindən öfkə ilə qarşılaşmışdır. Səfəvilərlə eyni zamanda şiə İranda iqtidarı ələ keçirdi. O gündən bu günə bir tək düşüncə adamı, bir tək alim meydana çıxmamışdır. İran coğrafiyasında, Biruni, İbni-Sina, Bəhmənyar, Mövlana, Nizami, Xaqani, Əttar, Hafiz kimi alim, bilgə və arif meydana çıxmışsa, hamısı Səfəvi öncəsinə aiddir. Çünkü Səfəvi sonrası siyasi, iqtisadi və hərbi gücü ələ keçirən şiənin molla-feodal sinfi hər tür düşüncə qıpırdanışını yerindəcə boğmuşdur. Zatən onların bu başarılı boğmaları olmasaydı ölkə də bu qədər cəhalətin qaranlıq bataqlığına gömülməzdi. Ölkə əhalisi sırf bu uyqulamalar üzündən Allaha tapınmağı buraxıb peyqəmbərə, imama, imamzadaya, seyyidə və mollaya tapınaraq daha qapsamlı bütpərəstliyə və şirkə yuvarlanmışdır. Səfəvilərdən bəri qorxu qılıcı insan ağlı üzərində dolaşmışdır. Çağımız düşüncə adamları bilə bu qorxu üzündən görüşlərini ifadə edə bilməz olmuş, ancaq yurd dışına fərar etdikdən sonra bu qaranlıq bataqlıq haqqında fikirlərini bəyan edirlər.
Yalnız cəfəri şiəsi daha da irəli gedərək bu firqədən ayrılanları mürtəd olaraq duyurmuş və haqlarında ölüm hökmü çıxarmışlar. Çünkü şiə firqəsinin alimləri nəql etdiklərini ağıl yoluyla isbatlaya bilmədilər. Bu üzdən cəfərilik ağla qarşı bir firqə olaraq şəkilləndi. Ağıl yerinə, düşüncəyə qarşı təkfir hədisindən yararlandılar. Yalnız öldürmə, qorxu və təhdid yoluyla öz sünnətlərini qorumağa çalışdılar. Mərhum ayətullah Bürqəi bu haqda “bir tək doğru sünnəti şiə rəvayətlərində bulmamız mümkün deyil”[9] deyir. Səfəvi sonrası İran şiəliyi “aşura kimi davranış” adı altında islam mədəniyətini yox etməklə uğraşmış, İslam uyqarlığına qarşı xristianlarla iş birliyi etmişdir. Özəlliklə Səfəvi sonrası şiilik İslam düşmənlərinə yardım və yataqlıq etməklə yanaşı İslam dəyərlərini məhv etməkdə sürəkli  katalizor rolunu oynamışdır. Yalnız qısa sürəliyinə ayətullah Xumeyni iqtidara gəldikdən sonra birlik şüarı verdi. Ancaq Xumeynini də tam bir şii olaraq qəbul etmək mümkün deyildir, çünkü onun kafir və mürtəd olmasıyla ilgili bir çox şii alim və mərcə fətva vermişdilər. Çünkü Xumeyni də bəlli ölçülərdə ayətullah Bürqəi və ayətullah Xərqani kimi düşünürdü. Sünni olmasında heç bir şübhə olmayan İbni-Ərəbini ayətullah Xumeyni 14 məsumdan sonra ən seçkin kişi olaraq görürdü. Xumeyni Qorbaçevə yazdığı məktubunda “Sizi çox yormaq istəmirəm. Ariflər kitabından, özəlliklə İbni-Ərəbidən ad aparmaq istəyirəm. Bu böyük arif haqqında bilgi sahibi olmaq istərsəniz, bu qonu ilə ilgilənmə yetənəyi olan şəxslərinizi Quma göndərə bilərsiniz. Uzun illər araşdırma apararaq bu böyük arifin dünyagörüşünün incəliklərini öyrənsinlər. Bu araşdırma edilmədən İbni-Ərəbinin dərin elmindən xəbərdar olmaq mümkün deyildir”[10] deyə yazırdı. Xumeyninin əsərləri incələndiyində onun şiidən daha çox bir sünni olduğu seziləcəkdir. Ayətullah Qazi, Əllamə Təbatəbai və ayətullah Cavadi Amuli kimi şiə alimləri əsassız ölçüləri və bəlgəsiz bilgiləri ilə İbni-Ərəbini şii olaraq göstərməyə çalışmışlar. Lakin İbni-Ərəbinin əsərlərini oxuyan sadə bir oxucu onun yalnızca sünni olduğunu deyil, həm də aşırı şiə qarşıtı olduğunu açıqca sezər. İbni-Ərəbi “Fütuhati-Məkiyyə” adlı əsərində yazır: “Şiələri donuz şəklində görən müsəlman irfanın zirvəsinə ərmiş deməkdir.”[11] Ayrıca, İbni-Ərəbi bütün kitablarında şiənin lənətləmələrinə qarşın, Əbubəkiri, Öməri və Aişəni İslamın və irfanın uluları olaraq nitələmişdir.
Şiə imamları, özəlliklə Hüseyn, Cəfər Sadiq və Rza çağımız şiələrinin etdiklərinin tərsinə olaraq düşmənlərinə lənət göndərməmiş, onlara dua edərək hidayət olmalarını Tanrıdan istəmişlər. Onlar düşmənlərinə qarşı da mərhəmətlə davranmağı yeyləmişlər. Yalnız onlara qarşı silah çəkildiyində kəndilərini savunmaq məcburiyətində qalmışlar. Necəki Hüseyn ona qarşı silah çəkən Hürr´ü də bağışlayaraq öz yanına almışdı. Ya da Cəfər Sadiq və Rza düşmən olaraq nitələnən alimlərlə də elmi müzakirədən yana olmuşlar. Buradan necə bir nəticə çıxarmaq olar? Şiə imamlarının da davranışlarından bəlli olduğu üzrə kimsə fərqli düşünənlə ilgili mürtədlik hökmü çıxararaq onu öldürmə haqqına sahib deyildir. Lakin şiələr bu şəkildə, yəni kəndi imamları kimi davranırlarmı? Allah rəsulu vəfat etmiş və Onun sonrasında kiməsə vəhy gəlməməkdədir. Hər zaman kafir olanın bilə imana dönmə şansı vardır. Lakin bu şans onlara tanınmaqdadırmı?* Qeybi, keçmişi və gələcəyi bilən Allahdır və peyqəmbərlərdən tutmuş imamlara qədər bütün bəşər xəta etmə yetkisi və yetənəyi ilə donatılmışdır.
Şiə imamlarının həyatı incələndiyində mürtədin öldürülməsi deyil, hidayətə ərməsi üçün ona yardım edilməsi gərəkdiyi düşüncəsi ortaya çıxır. Lakin kəndi imamlarının çizgisində yürüdüklərini iddia edən, özəlliklə Səfəvi sonrası şiəlik tam tərsinə davranmaqdadır. Əlinə fürsət düşər-düşməz müxalif düşüncəni mürtədlik adlandıraraq öldürülməsinə hökm verirlər. Çağımızda sadəcə fərqli dini düşünənlər deyil, hətta təcrübi elmlərdə alim olanlar da şiənin mürtədlik damqasından bərkənar qalmırlar. İstər qadın, ya da kişi olsun fərqli düşünən insanlar şiənin mürtədlik damqası təhlükəsi ilə qarşı-qarşıyadırlar. Hətta şiə toplumu içində yaşamayan fərqli düşünənləri də varıb başqa ölkələrdə teror edirlər.
İslam düşüncəsi bunun tam tərsini savunmaqdadır. Həyatından bir tək gün qalmış bir insan da islama görə hidayətə ərə bilər, çünkü Allahın tövbə qapısı hər zaman açıqdır. Necə ki, Peyqəmbərin zamanında ona qarşı savaşmış, hətta əmisi Həmzəni öldürtmüş Hind kimi qadınlar müsəlman olduqlarında Peyqəmbər intiqam fikrinə girmədən, onun müsəlman olmasını qəbul etdi. Bu kimi bir çox örnək söyləmək mümkündür. İslam fatehi olaraq tarixdə tanınan Ömər kəndisi də Peyqəmbər düşməni idi və Muhəmmədi öldürmək istəyirdi.
Daha öncə söylədiyimiz kimi, Səfəvi öncəsi islam ölkələrində Zəkəriyya Razi və Ömər xəyyam kimi mülhid olaraq tanınan alimlər də öldürülmədən yaşayır və elmi işləri ilə məşğul olurdular. Hüseyn də Kərbəlada tam olaraq azadlıq düşüncəsini bəyan edərək “dininiz yoxdursa, heç olmasa azad insanlar olunuz!” demişdi. Lakin daha sonra şiə Hüseyn çizgisindən çıxaraq şiddət, öfkə və öldürmə yolunu seçmişdir. Örnəyin şiə bilgəsi olaraq bilinən Şeyx Bəhai “Kəşkül” adlı kitabında imamların elminə güvənmədiyi üçün İbni-Sinanı cəhənnəmlik adlandırmışdır. Oysa cənnət və cəhənnmə kimin gedəcəyinə qərar verən bir tək Allahdır. İbni-Sina isə “Şifa” adlı kitabında “Əli Ömərdən daha cəsur və bilgə olsa da, lakin dövlət işlərində Ömər Əlidən daha ağıllı idi”[12] yazmaqdadır. Şiələrin onlar kimi düşünməyənlərin yerini cəhənnəm olaraq görmələri İslamla bağlantılı bir görüş deyildir. Bu, İslam öncəsi əcəm-fars kültüründən qaynaqlanan islam qarşıtı bir tutumdur. Sasanilər zamanında zərdüştilər başqa inanca mənsub olanları axmaq və kafir hesab edirdilər. Sırf bu üzdən bütün məzdəkiləri kafir adlandırıb qətl etdilər. Mani və budistlərlə də buna bənzər davranışda bulundular. Sasani perslər öz aristokratlarını və şahlarını mütləq haqlı olaraq görür, onların ləduni* elmə sahib olduqlarına inanırdılar. Günümüz şiəliyində olduğu kimi Sasani aristokrat və şahlarına qarşı fərqli düşüncə sərgiləmək mürtədlik damqası ilə damqalanaraq həyatlarına son verilirdi.
Şiənin inancına görə imamlar ləduni elmə sahib olmuşlarsa, o zaman nədən elm öyrənmək üçün mədərəsələrə gedir, yazıb-oxumaq və digər bu kimi elmləri öyrənirdilər? İmamların ləduni elmə sahib olmadıqlarını anlaya bilmək üçün “Nəhc-ül bəlağə”yə müraciət etmək gərəkir. Burada Əlinin xəta etdiyi anlatılır. Lədun elmi varmışsa nədən xəta etmiş? Əli 71-ci məktubunda birinə atasının təqvası dolayısıyla güvənir və bu güvən kəndisini doğrultmur. Bunun üzərinə Əli peşmanlığını dilə gətirir.[13] Lakin Əlini xətasız və məsum olaraq görən şiə əhli bu kimi tarixi gerçəklərə aldırış etmədən kökü imamlara dayanmayan hər tür bilgini məhkum edərək boğub yox edirlər. Xəvaric də Əliyə qarşı olduğunundan şiə tərəfindən kafir olaraq görülür. Oysa həm Əlinin, həm də xəvaricin haqlı olma imkanı vardır. Quranda isə Allah rəsulu açıqca “mən də sizin kimi bəşərəm, Allahın yardımı olmasaydı mən də yanlış yola girərdim”[14] deməkdədir. Bu ayət Peyqəmbərin kəndisini başqalarından üstün görmədiyini göstərməkdədir.
Şiələrin “Səhifəyi-səccadiyə” və “Kumeyl duası” kimi qaynaqlarına baxıldığında heç bir imamın kəndisini məsum və xətasız görmədiyi anlaşılmaqdadır. Lakin daha sonra uydurulan hədislərdə imamları “ə´rəf-ul ürəfa” (ariflər arifi), “əkməl-ül kəməla” (kamillər kamili), “ə´ləm-ül üləma” (alimlər alimi) və hər xəta və yanlışlıqdan uzaq görmüşlər! İmamları bu özəlliklərdə gördüklərindən dolayı, onlara qarşı çıxan hər görüşün kafirlik olması gərəkdiyinə inandılar. Əlinin alim olması bir çox qaynaqlarda sapdanmışdır, lakin onun xətasız, məsum və bənzərsiz olması İslam ilkələrinə uymamaqdadır. Əlini bu şəkildə görmək üçün müsəlman olmamaq gərəkir. Tarixi qaynaqlarda Əmruasın Əlini aldada bildiyi yazılmaqdadır. Ləduni elmi olsaydı, Əlinin aldanmaması gərəkirdi. Səfəvi öncəsi şiə və sünni tarixlərində Əli və evladlarının ləduni elmlərinin olduğu heç bir qaynaqda yoxdur. Səfəvilərdən az öncə Əliullahlılar bu şəkildə inanırdılar, lakin Səfəvi sonrası isna-əşəri şiəsi də bu şəkildə inanmağa başladı. Əlinin Ömərlə sorunu olsaydı, Öməri rədd etmiş olsaydı, Ömər ondan sürəkli bir çox qonularda görüşlərini bildirməsini istərmi idi? “Əli Ömərin katibi idi.”[15]
Tarixdən bəlli olduğu üzrə Peyqəmbər olmadan öncə Muhəmməd ərəblərin diqqətini çəkib şaşırdacaq heç bir fərqli davranışlarda bulunmamışdı. Bu üzdən Quranda o, insan olaraq nitələnir. Bunun ötəsində Muhəmmədin həyatında olağanüstü nə rəvayət edilirsə, heç birinin tarixi dayanağı yoxdur. “Mələklər Muhəmmədin ürəyini qarla yuyub, Onun qəlbindən bir qara ət parçası çıxarıb təkrar qarla yuduqları”[16] daha sonra tarixə girdirilmişdir.* İbni-Əsir bu rəvayətin qaynağını Şəddad ibni Evs olaraq göstərir. Guya Muhəmməd bu sözləri Bəniamir qəbiləsinin sorusuna cavab olaraq söyləmiş! Ancaq digərləri bu rəvayətin qaynağını Abdulvəhab ibni Əta olaraq göstərmişlər. O da Səvr ibni Yəziddən və o da Xalid ibni Mə´dandan eşitmişdir! Qısa bir incələmə ilə bütün bu anlatıların yalan və iftira olduğu ortaya çıxır, ya da gerçəkdən Muhəmmədin xəstə olduğuna inanmalıyıq. Çağımızda bu xülyalarla danışan birini doktora aparsalar, doktor onun kəsinliklə şizofren xəstəliyinə yaxalandığı təsbitində bulunar. Bu rəvayətlər müsəlmanların xristianlarla ilişkiləri zamanı oradan İslama keçmişdir. Daha öncə zərdüşti, xristian, yəhudi və başqa dində olanlar bu əfsanəni İslam tarixinə soxa bilmişlər. Oysa bu, onların islam öncəsi təxəyyüllərinin ürünüdür, islamda böylə bir şey yoxdur. İsa peyqəmbər haqqında möcüzələrdən danışan xristianlara qarşı müsəlmanlar da kəndi peyqəmbərlərinə fantastik diləklərini yükləmişlər. Sadəcə bu qonularda deyil, namaz, xums, əzan və zəkat kimi bir çox məsələlərdə şiələr Peyqəmbər sünnətinə qarşı davranmaqdadırlar.
Batinilər və saxtakarlar dışında tarixçilərin çoxu Rəsulullahın son həcc ziyarətində “görəvimi bitirdim. Aranızda onlara sarılacağınız təqdirdə yoldan azmayacağınız iki miras buraxıram: Tanrı kitabı və sünnətim”[17] söylədiyini iqrar edərlər. Tarixçilərin çoxunun təsbitinə görə Muhəmməd xəstələndikdən sonra bütün qadınlarından izn alaraq Aişənin evində qalmasını istədi. Nə qızı Fatimənin, nə də başqasının ona baxmasına razı oldu, xəstəlik sürəsincə ancaq Aişənin ona baxmasını istədi. Peyqəmbərin xəstəlik durumu ağırlaşdıqca əhli-beyt anlayışı da böyləcə açıqlığa qovuşurdu. Əhli-beyt ifadəsi Peyqəmbərin qadınlarını, qaynatalarını, kürəkənini, qızı və nəvələrini içərmişdir. Peyqəmbərin “məni yaxınlarım dəfn etsinlər” diləyi də gerçəkləşmiş və O´nu Əli, Abbas və iki oğlu, Üsamə ibni Zeyd və Əbubəkir dəfn etmişlər. Lakin İbni-Xəldun Əbubəkiri dəfn heyyəti içində yazmasa da, Təbəri Əbubəkiri də dəfn heyyəti içində yazmışdır.
Bəzi tarixi rəvayətlərə görə Muhəmməd son anlarında “mənə kağız-qələm gətirin, yoldan azmamanız üçün sizə bir şeylər yazacağam” demiş. Bə´zi səhabilər Peyqəmbərin xəstəliyinin ağırlığını nəzərə alaraq O`nun bu zəhmətə qatlaşmasını istəməmişlər. “Danışmaqda zorluq çəkərkən necə yazıb-yazdıra bilər” deyə düşünmüşlər. Bə´zi rəvayətlərdə də yazmışlar ki, kağız-qələm gətirilmiş, ancaq Peyqəmbər “məni rahat buraxın, bu halımla rahatam” söyləmiş.* Həm xəstəlik anlarında Peyqəmbər “Əbubəkirin qapısı dışında məscidə gedən bütün qapıları qapadın” demiş. Bütün tarixçilərin iqrarına görə Peyqəmbər “Allahdan başqa bir dost edinəcək olsaydım, o da Əbubəkir olardı. Əbubəkirlə aramda ortaq iman içində dostluq və qardaşlıq bağları var. Umarım, Allah onunla bir yerdə məni kəndi yanına alar” demiş. Yenə də tarixçilərin ortaq verilərinə görə Muhəmməd Aişənin qucağında vəfat etmişdir. Lakin bunu qəbullənməkdə zorlanan şiələr yüzillər sonra “Muhəmməd Əlinin dizləri üstündə can verdi” deyə uyuduruq bilgi oluşdurdular. Bir halda ki, bütün tarix kitablarında Muhəmmədin Aişənin qucağında ölməsiylə ilgili o qədər ayrıntılı bilgi var ki, bunu inkar etmək və sapdırmaq imkansızdır.  
Peyqəmbərin vəfatından sonra Səqifə olayını bir çox tarixçi qələmə almışdır. Ənsar Səqifə´də toplaşaraq Sə´d ibni İbadə ilə beyət etmək istər. Bu sırada Mühacir Peyqəmbərin dəfn mərasimi ilə məşğul idi. Mühacirdən bir neçə kişi Səqifəyə getdi. Hətta Əbubəkirin, Ömərin və Əbu Ubeydə´nin  Səqifəyə getdiklərini görən Asim ibni Ədi və Əvim ibni Saidə onlara geri dönmələrini və Səqifədə önəmli bir şey olmadığını söylərlər. Lakin bu üç kişi geri dönməyərək Səqifəyə getdilər. Səqifədə Peyqəmbərə xələf seçimi söz qonusu idi. Orada toplaşanların hamısı Peyqəmbərin Qədiri-xum söhbətində iştirak etmişdi. Hətta bir kişi bilə Qədiri-xumda Peyqəmbər Əliyə işarə etmişdir deyə bir söyləmdə bulunmadı. Peyqəmbərin Əli ilə ilgili böylə bir israrı və istəyi olsaydı, zatən Səqifə toplantısına heç gərək də qalmazdı. Peyqəmbərin sözünə hansı müsəlman qarşı çıxa bilərdi? Ancaq o toplantıda kimsə Peyqəmbər qədiri-xumda bu işi Əliyə buraxmışdır deyə bir söz ağzına almadı. Əcəba, bütün səhabilər bir anda Peyqəmbərə qarşı çıxıb və ya üç ay aradan sonra bütün mömin müsəlmanlar yalancı və unutqanmı oldular? Böylə bir durum olsaydı, hər kəs Əli ilə beyət etməzmi idi? Ya da heç olmazsa bir vicdanlı müsəlman buna işarə edərdi. Lakin Səqifədə adı keçməyən tək kişi Əli olmuşdur.
Bir çox tarixçi şiə Səqifə məsələsini də yanlış və gerçəyə uyqun olmayan yöntəmlə təhlil etmişlər. Kəndisi də şii olan Yaqubi yazır ki, Əbutalibin qızı Ümmi-Hani ərinin iki əqrəbasına sığınaq verdi. Əli bu iki kişini öldürmək istərkən Peyqəmbər ona böylə dedi: ya Əli, Ümmi-Haniyə sığınan bizə də sığınmışdır.[18] Buradan da imamların ləduni elmə sahib olmalarının əfsanədən başqa bir şey olmadığı ortaya çıxmaqdadır. Sadəcə imamların deyil, Rəsulallahın da ləduni elmə sahib olmadığı bəllidir. Çünkü Quranın açıq bilgisinə və bəyanına görə qeybi bilən ancaq və ancaq Allahdır. Allahdan başqa kimsə qeybi biləməz. Şiənin 14 məsum anlayışı sadəcə islama qarşı deyil, ağla da qarşıdır. Çünkü şiənin dediyi kimi onları məsum olaraq görərsək, o zaman məxluq deyil, həm də qədim olaraq görməliyik. Çünkü hər bir məxluq insan xəta etməklə yükümlüdür. Yalnız qədim olan Allah xəta etməz. Yəni 14 məsum anlayışı İslamın tövhid görüşünə qarşıdır. Bunları ayrıntıları ilə açqılayacaq olursaq, yüzlərcə kitab yazmam gərəkəcək. Ancaq məntiqən də ismət Allahın ədalətinə qarşı bir durumdur. Nədən bəşər tarixində bu qədər acı çəkib öldürülən Peyqəmbər varkən, sadəcə 14 kişi məsum olmalıdır?  
Peyqəmbər və imamlar haqqında həm sünni, həm də şiənin qəbul etdikləri ortaq bilgilər vardır. Yaqubi kimi şiələrin və sünnilərin də nəql etdiyi rəvayətlər vardır. Muhəmməd Aişə, Həfəsə, Zeynəb və Ümmüsəlmə ilə evlənir. Zəbağənin qızı Səlmə ilə də evlənmək üçün ona elçi göndərir. Lakin onun yaşlı olduğunu gördükdən sonra evlənmək niyyətindən vaz keçir.[19] Bu nə deməkdir? Bu, Peyqəmbərin qonuyla ilgili daha öncədən bir şeyi bilmədiyini göstərməzmi? Bu, açıqca Muhəmmədin ləduni elmi olmadığını göstərməkdədir.  Şiə kitbalarındakı hədislərin demək olar hamısı və sünni kitablarında da bir qisim hədislər açıqca Qurana qarşıdır. Örnəyin Fatimənin bütün dünya qadınlarından üstün olması və bütün dünya qadınlarının sərvəri olması Quran mətni ilə açıqca çəlişməkdədir. Çünkü Quranın “Ali-imran” surəsində övülən üstün qadın Fatimə deyil, Məryəmdir. Azacıq ərəbcəsi olan hər kəs bunu qolayca anlar. Əlbəttə Fatiməni dünya qadınlarının sərvəri olaraq görən saxta hədis sadəcə şiələrdə deyil, sünnilərdə və xəvaricdə də vardır. Bu hədisi uydurmanın əsas səbəbi müsəlmanların kəndilərini xristianlardan üstün görmə niyyətləri olmuşdur. Fatimənin Ömər tərəfindən saldırıya uğrayıb qarnındakı “Möhsün!” adlı çocuğunu düşürüb sonra ölməsi də şiənin uydurmalarından başqa bir şey deyildir.
Çağımız şiələrinin inancı Səfəvilərdən sonra şəkillənmişdir. Səfəvi sonrası oluşdurulan şiəlik ədəbiyatının əhli-beyt həyatı ilə heç bir ilişkisi olmamışdır. “Zilqurba” qavramı Səfəvi sonrası fərqli açıqlamalara tabe tutuldu. Quranda keçən “zilqurba” (Peyqəmbərə yaxın kimsələr) qavramının Bənihaşim və ya Əli soyu ilə heç bir əlaqəsi yoxdur. Çünkü böylə olsaydı, Peyqəmbərin Qacar şah, Rza şah və özəlliklə Şah İsmayıl kimi lənətə gəlmiş zalim şahlarla heç bir fərqi olmazdı. Çünkü onlar öz döllərini qutsal sayaraq evladlarını üstün yaradılmışlar kimi görürdülər! Şiələrin Əli soyunu hər şeyə layiq və caiz bilmələri islam görüşündən deyil, soy kimliyinə dayanan sultanlıq və şahlıq zehniyətindən qaynaqlanmaqdadır. Ayrıca, şiənin Peyqəmbər soyunu qutsaması həm də bir yəhudi gələnəyidir. Təlmud mətnləri yəhudiləri ilahi sülalə olaraq bilər və digər xalqların onlara xidmət etməsi gərəkdiyini savunar. Bu üzdən şiələr Peyqəmbərə səyərəsinə və Qurana qarşı davranarlar. Örnəyin şiələrin nəql etdiyi bə´zi hədislər Peyqəmbərin məqamını Rza şahdan və Fətəli şahdan da aşağı görər. Şah evladlarının fərqli müamilə gördüyü və çalışmadan xalqın əməyi üzərindən, xalqı sömürərək yaşamlarını sürdürdükləri kimi, şiənin xums (mal varlığının beşdə birinin Peyqəmbər soyuna verilməsi) üzərinə yorumu da Peyqəmbəri sultanlardan birinə və soyunu da sömürgəçi şah soyuna bənzətməkdədir. Şiənin açıqlamasına görə, seyyidlər (peyqəmbər soyundan olanlar!) başqalarından fərqlənmək üçün başlarına qara sarıq sarımalıdırlar! Bu qara sarıq hədisini də Əbucəfərdən nəql etmişlər. Şiənin İranda yayqın olub iqtidarı ələ aldığı gündən bəri bu hədis və şiənin xums yorumu hər tür əxlaqsızlığa meydan açmışdır. Xums açıqca xalqı sömürmə ideolojisinə və uyqulama yöntəminə dönüşmüşdür. Fətəli şahın oğlu Abbas Mirzə də yazdığı vəsiyyətnaməsində bu hədisə görə Peyqəmbəri atası şaha bənzətdiyi üçün oğluna da bənzər haqlar tələb edir.
Şiənin hədisləri və fiqh qaynaqları əhli-beytdən deyil, ərəblərdən nifrət edən və İslamın böyük fatehi Hz. Öməri sevməyən fars-Sasani kültüründən alınmışdır. İslamdan nifrət edən yəhudilər də şiə görüşlərinin biçimlənməsində etkili olmuşlar. Xalqı sömürmə ideolojisini gəlişdirərk, heç bir əməyə qatlaşmadan oturduqlar yerdəcə gəlir qaynağı arxasınca olan Bənihaşim soyunun maddi ülkülərinə fars-Sasani və yəhudi planları yaramışdır. Lakin bu sürəcdə İslam da çox zərər görmüş. Quranın ədalət söyləmi unutdurularaq bir sömürü dini halına gətirilmişdir. Şiənin açıqlamalarına görə Quran seyyidlər soyunun nəfsi və maddi zövqünü hər yönlü gedərmək üçün endirilmişdir!
Müsəlmanların saldırısıyla sadəcə Sasanilər devrilmədi. Farsların qövmi qüruru da böyük yara aldı. Bu üzdən farslar Ömərin Sasanilərə saldırısını Çingiz Xanın saldırısıyla da müqayisə etməzlər. Çünkü Çingiz Xan təslim olan şəhərlərlə işi olmaz, dinindən dolayı bir millətə saldırmazdı. Çingiz Xan bütün dinlərə və inanclara sayqı ilə yanaşırdı. Lakin müsəlmanlar İslamı qəbul etməyən zərdüşti və məcusiləri qətl etdirdilər, cizyə uyquladılar. Müsəlmanların dörd yüz Sasani qadınını cariyə olaraq apardıqları rəvayət edilməkdədir. Burada oxucu Ömərin bu qonuda haqsız və ədalətsiz davrandığını düşünə bilər. Lakin bütün bu saldırılar Əlinin planlaması ilə gerçəkləşirdi. Hətta Sasanilərin fil ordusu saldırıya keçdiyində Ömər geri çəkilmək istər, lakin Əli savaşın davam etməsini tövsiyə edər. Ayrıca, saldırı zamanı tarixi rəvayətlərə görə Əlinin oğulları Həsən və Hüseyn də Ömərin ordusunda Sasanilərə qarşı savaşırdılar. Ən önəmlisi Əlinin xilafəti zamanı Sistan və Əhvazda ərəblərə qarşı böyük baş qaldırılar və qiyamlar oldu. Bütün bu üsyanları Əli qanla boğaraq yox etdi. Əli və Səlmanın yardımları və planları olmasaydı, Ömər hətta bir Sasani kəndini də işğal edə bilməzdi. Bu savaş sırasında Ömərin komutanlarından biri Əlioğlu Həsən idi. Kölə qadınların Mədinəyə daşınmasından Həsən sorumlu idi.
Bir çox şiə hədislərində seyyidlərin cəhənnəmlik olmayacaqları vurqulanmaqdadır. Yəhudilər də tam bu şəkildə inanmaqdadırlar. Yəhudi inancına görə heç bir yəhudi cəhənnəm atəşində yanmayacaqdır! Çünkü hamısı Yaqub soyundanmışlar ona görə! Bə´zi şii hədislərində şiə firqəsi dışında bütün firqələr cəhənnəmlik olacaqmış! Əlinin vilayətini qəbul etməyənlər doğruca cəhənnəmə gedəcəkmişlər! Bu da şiiliyin bir yəhudi planı olduğunu göstərməkdədir. Yəhudilər Yaqub soyundan və seyyidlər də Əli soyundan olduqları üçün nə qədər ədalətsiz davranıb zülm etsələr də cəhənnəmə deyil, cənnətə gedəcəkmişlər! Hətta Hüseyn üçün bir damla göz yaşı axıdaraq ona salavat yollayan da cənnətlik olacaqmış! Bu üzdən şii qruplar ən əxlaqsız topluluqlardan oluşmaqdalar. Toplumun seçkin qatmanı olan doktorlardan tutmuş bəzirganlarına qədər bütün şiələr əxlaqsızdırlar. Çünkü şiə bir doktor Allah yerinə, imamlara tapınaraq elmini yaxşı bilməz və şiə bir bəzirgan da imamlar adına hər tür yalan və fitnə ilə xalqı aldadar. Qazancının beşdə birinin seyidlərə gedəcəyi şiə bəzirganda saxta məsumiyyət haləsi oluşdurar. Bütün peşə sahibi şiələr toplumu əxlaqsızlığa sürüklərlər. Çünkü çocuqluqlarından yalan şiə kültürü içində böyümüşlər. Seyyidlər adına və Abbas ələminə nəzr bağlayıb Peyqəmbər soyuna salavat gətirməklə cənnətlik olacaqlarına inanmışlar.
Həqiqət budur ki, şiələr əhli-beyt aşiqləri deyil, tam da əhli-beytin düşmənləridirlər. Tarix bunu təkrarən isbat etmişdir. Kərbəlada da Əməvilər şiələrin yardımı ilə Hüseyni qətl etdilər. Hüseynlə savaşan Ömər Sə´din ordusunun çoxu şiələrdən ibarət idi. Hüseyn onlara “ey namərdlər, siz özünüz məni Kufəyə dəvət etdiniz” deyirdi. Hüseynin öldürülməsində fədakarlıq edən şiələr daha sonra da göz yaşları axıtmağa başladılar. Zaman axışı içində zəncir, sinə vurma və baş yarma kimi çirkin yöntəmləri də İslam adına gəlişdirdilər. Hətta şərəfsiz bir şiə alimi Fatimənin baş yaranların başlarının yarasına məlhəm qoyduğunu bilə iddia etməkdədir. Bu “alim”in adını çəkmək istəmirəm, çünkü onun pis adı bilə bu mətni nəcisə dönüşdürər. Peyqəmbərin qızı və İslamın böyüklərindən biri olan Fatimə kimi təmiz bir xanımı böylə baş yaran, zəncir və sinə vurub bağıran yalançı fitnəçilərin iftira və yalanlarından uzaq tutmaq üçün Allaha sığınmaq gərəkir. Bu üzdən Cəfər Sadiq kimi şərəfli bir müsəlmandan “axır zamanda Mehdinin düşmənləri şiələrdən və yəhudilərdən oluşacaqdır”[20] deyə bir söz rəvayət edilməkdədir.
Şiənin bir başqa çəlişkisi də Əbubəkir və Əli ilə bağlıdır. Əli-Müaviyə arasındakı həkəmiyət məsələsində xalqın iradəsini qəbul edərək Əlinin xilafətdən uzaqlaşmasını şiə onun xalq sevərliyi kimi qəbul edər. Lakin səhabilərin ortaq iradəsiylə seçilən Əbubəkiri kafir olaraq görər! Əlinin mədhində şiə o qədər aşırı davranar ki, onların mətnlərini oxuyan kimsə Əlinin Allah olduğunu sanar. Muhəmmədi də Əlidən daha aşağı mərtəbədə görərlər. Bu üzdən xristianlar genəldə Muhəmmədə deyil, bu qonuda Əliyə müraciət edərlər. Bir halda ki, Əlinin kəndisini Muhəmməddən üst mərtəbədə görməsiylə ilgili heç bir tarixi bəlgə mövcud deyildir. Bə´zi xristianlar bu üzdən Əlini övmüşlər. Çünkü Tanrının oğlu olan İsanı Əli timsalında görürdülər. Xristianların İsanı insan ötəsi varlıq olaraq görmələri kimi şiələr də Əlini o şəkildə görmüşlər və burada xristianlıqla şiəliyin görüşləri örtüşmüşdür. Bu üzdən xristian şairlər Əli haqqında şeirlər yazmışlar. Bu arada əqli yollarla elmi müzakirəyə qatılamayan şiələr genəldə aqressivliyə əl atar və “Əli yuxumuzda böylə davranmamızı əmr etdi” deyə bəhanə uydurarlar. Ancaq şiənin bu röya məsələsini başqa firqələr də uydurmuşlar. Kimsə Şeyx Abdulqadir Geylanini Peyqəmbərlə bir yerdə röyada görür. Bir başqası Əbubəkiri, Öməri və digərlərini...
Sonda mənim xürafələrdən arınmama əsərləri ilə yardımçı olan ayətullah Bürqəi və ayətullah Xərqaniyə Allahdan rəhmət diləyirəm. Bütün qaynaqları burada vermək mümkün olmadığından oxuculardan mənim facebook səhifəmə uğramalarını rica edirəm. Çünkü bu yolla burada istifadə etdiyim görüşlərin kəndimə aid olduğunu açqıca görə bilərsiniz. İnşallah bu araşdırmam oxuculara yararlı olacaqdır.
Əssəlamu əleykum və rəhmətullahi və bərəkatu
Xiyav şəhəri 18 məhərrəm 1436 hicri-qəməri, 21 aban 1393 hicri şəmsi, 12. 11. 2014

Hüsaməddin Fərzizadə




[1] Bu qonu üzərinə “Təbəri tarixi”ndə bilgi var.
[2] Təbəri, VII cild, s. 2993
[3] Təbəri, Çevirən Əbulqasim Payəndə, IV yayın, il-1374 (h.ş), s. 2924.
[4] Təbəri tarixi, s. 2328.
* Elmi ləduninin nə olduğunu öncə oxuculara açıqlamaq gərəkir. Ləduni elmi oxumadan, eyitim görmədən, əmək sərf edib zəhmət çəkmədən bir başa əldə edilən “gizli” elmdir! Öyrənilmədən əldə edilən və ya hüzuri elm də deyirlər. Quranda “kəhf” surəsinin 65-ci ayətində “biz ona lədun elmi verdik” deyər- tərcüməçi.
[5]  Bax: Şeyx Səduq “Mən la yəhzər-ulfəqih” I cild, s. 290-291.
* Şah İsmayıl zamanında yasaqlanan kitablar sırasında Mövlana Cəlaləddin Ruminin də əsərləri yer almışdı. Çünkü Mövlana Məsnəvisində şiənin aşura törənini tənqid, Əbubəkir və Öməri Peyqəmbərin ən yaxın vəfalı dostları olaraq təsvir edər- tərcüməçi.
[6]  Məclisi “Bəhar-ül ənvar” 64-cü cild, s. 176.
[7] Kleyni, Əbucəfər Muhəmməd ibni Yaqub ibni İshaq, Əlüsul min əlkafi, II cild, s. 402, İslamiyyə nəşriyyatı, Tehran-1362 (h.ş).
[8] Şeyx Səduq, Mən la yəhzərul fəqih, I cild, s. 290-291.
[9] Ayətullah Bürqəi, Bütün əsərləri, II cild, s. 25, Məkkə nəşri.
[10] Xumeyni “Qarbaçevə məktub”, 1989.
[11] İbni-Ərəbi, Fütuhati-Məkiyyə, 73-cü bab.
·         Mövlana Cəlaləddin Rumi bu mövzunu “Məsnəvi”sində bu cümlələrlə açıqlar: Heç bir kafiri bilə aşağılamayın ki, müsəlman ölməsinə bir ümid qalsın:
Hiç kafər ra be xari məşmorid,
Ta mosəlman mordənəş başəd omid- Tərcüməçi.
[12] İbni-Sina, Şifa ilahiyatı I cild, , V fəsl, s. 451-452.
* Elmi ləduninin nə olduğunu öncə oxuculara açıqlamaq gərəkir. Ləduni elmi oxunmadan, eyitim görmədən, əmək sərf edib zəhmət çəkmədən bir başa əldə edilən “gizli” elmdir! Öyrənilmədən əldə edilən və ya hüzuri elm də deyirlər. Quranda “kkəhf” surəsinin 65-ci ayətində “biz ona lədun elmi verdik” deyər- tərcüməçi.
[13] Nəhc-ül bəlağə, 71-ci məktub.
[14] Quran, Kəhf, 110.
[15] Tarixi-güzidə, s. 186.
[16] İbni-Esir, Əlkamil, V cild və Vaqedi, Təbəqat, farscaya çeverən : Mahmud Məhdəvi Damğani, Fərhəng və əndişə nəştiyatı , s. 138.
* Oxucuların bəlkə düşünmələrinə səbəb olar deyə bu bilgini də paylaşmaqda yarar var: Ərəbistanda qar olmaz—tərcüməçi. 
[17] İbni-Xəldun, Müqəddimə, I cild, Həccül vida babı, s. 471.
* Böyük olasılıqla və Peyqəmbərin həyat fəlsəfəsinin məntiqindən yola çıxaraq bu kağız-qələm məsələsi uydurmadır. Çünkü Peyqəmbərin xəstəliyi zamanı səhabilər yanından əksik olmazlardı, özəlliklə Aişə. Bu üzdən kağız-qələmə ehtiyac olmadan da o an söyləyəcəyi bütün səhabilərə ulaşdırılacaqdı. Yəni sanki kağız-qələmlə yazılmış kimi səhabilər duyub bir-birlərinə çatdıracaq və tarix üçün də qalacaqdı. Çünkü tarix üçün Peyqəmbərdən qalan sünnətin heç biri kağız-qələmlə yazılmamışdır. Peyqəmbər, yanındakılardan kağız-qələm istəməsi yerinə, oradakılara öylə edin, böylə edin deyə bilərdi. Ayrıca, Peyqəmbər vəhyin təhriki ilə söz söylərdi. Quranda əksik olan bir durum söz qonusu olsaydı, burada Allahın iradəsi ortaya girərdi. Əksik deyilsə, daha nə söyləyəcəkdi və bu kağız-qələm macərasında Peyqəmbərin yanında bir neçə səhabi, o cümlədən Ömər də varmış və Ömərin “həsbuna kitabullah”, yəni Allahın kitabı bizə yetər deməsi də bu durumda olmuşdur. Bu qədər səhabiyə “kağız-qələm gətirin” demək yerinə, ağlından keçəni kağız-qələmsiz də söyləyə bilərdi. Çünkü o an bütün söyləyəcəyi səhabilər tərəfindən tarixə mal ediləcəkdi. Və də kağıza yazdırdığını da zatən səhabilərə miras buraxmayacaqdımı? Ayrıca, o zaman heç kağız-qələm də yox idi. Bu hədisi kağız kəşf edildikdən sonra uydurmuşlar. 751-ci ildə, yəni Peyqəmbərin vəfatından 127 il sonra müsəlmanlar Talas savaşı sırasında kağızı çinlilərdən aldılar. Bu sənət çinlilərdən alınaraq müsəlman dünyasında yayqınlaşdı. Kağızın olmadığı bir devirdə necə kağız istənilə bilərdi? Şiələrsə tutdurub durmuşlar ki, kağız-qələm gətirlsəymişlər Əlini varis olaraq duyuracaqmış və Ömər bunu bildiyindən önləmiş! O qədər adamın içində kağız-qələmsiz də Əlini varis olaraq duyuramazmı idi?— Tərcüməçi.
[18] Muhəmməd İbrahim Ayəti, “Məkkənin fəthi”, Elmi-fərhəngi yayınları , I cild, s. 419.
[19] Yaqubi, I cild, farscaya çevirən: Muhəmməd İbrahim Ayəti, s. 456.
[20] Üsuli-kafi. 

1 yorum:

  1. Çok doğru tespitler ve harika bir makale. Allah Ferzaide kardeşimizin yardımcısı olsun. İnşaallah kurtulacak...

    YanıtlaSil